EU4Environment: Aİ su ehtiyatları və ətraf mühitə dair məlumatlar ilə bağlı yeni regional proqramın icrasına başlayır
“EU4Environment – su ehtiyatları və ətraf mühitə dair məlumatlar ”EU4Environment – regional su ehtiyatları və ətraf mühitə dair məlumatlar” adlı yeni regional proqramın icrasına başlayır. Proqram COVID-19 pandemiyasından sonra yaşıl iqtisadiyyatın bərpasına yönəlib. Bu münasibətlə onlayn formatda görüş keçirilib və gələcəkdə iştirakçı ölkələrin nümayəndələri ilə bir sıra milli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Yeni proqram Şərq Tərəfdaşlığı ölkələrinin uzunmüddətli ekoloji, iqlim və sosial-iqtisadi davamlılığına töhfə verəcək. Proqramın məqsədi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada insanların sağlamlığının və rifahının yaxşılaşdırılmasıdır.
“EU4Environment – su ehtiyatları və ətraf mühitə dair məlumatlar” Avropa Su Təşəbbüsü Plus (EUWI+) və “Ətraf mühit üzrə birgə informasiya sisteminin prinsipləri və təcrübələri” (ENI SEIS II East) kimi daha əvvəl həyata keçirilən proqramların uğurlarına əsaslanır.
EUWI+ layihəsi ölkələri Aİ ilə mövcud razılaşmaları həyata keçirməyə, yaxud rəsmi razılaşmaların imzalanmadığı ölkələrdə Aİ-nin su ehtiyatlarının idarə edilməsi sahəsindəki təcrübələrini tədricən qəbul etməyə kömək etmişdir. ENI SEIS II East layihəsi biomüxtəliflik, su, torpaq, tullantı və hava ilə bağlı ətraf mühit məlumatlarının, göstəricilərin və qiymətləndirmə hesabatlarının hazırlanmasında dəstəyini göstərmişdir.
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]