Skip to main content
EU4Youth proqramı Ukraynadakı müharibə səbəbindən layihə təkliflərinin qəbulunu dayandırıb
[featured_image_copyright]
Mart 29, 2022

EU4Youth proqramı Ukraynadakı müharibə səbəbindən layihə təkliflərinin qəbulunu dayandırıb


EU4Youth proqramı 2022-ci il yanvarın 26-da dərc olunmuş və müddəti martın 3-nə qədər uzadılmış “EU4Youth III faza: Gənclərin məşğulluğu və sahibkarlığı: sosial sahibkarlıq vasitəsilə gənclərin məşğulluğunun və sosial dəyişikliyin təşviq edilməsi” mövzusunda layihə təkliflərinin qəbulunu dayandırmaq qərarına gəlib. Buna səbəb hal-hazırda Ukraynada davam edən müharibə göstərilir.

Rusiya Federasiyasının Ukraynaya qarşı hərbi təcavüzündən sonra ölkədə gedən müharibə və qaçqın axını Ukraynada və digər Şərq Tərəfdaşlığı ölkələrində demoqrafik vəziyyəti, sosial mühiti və əmək bazarını hərtərəfli dəyişib. Müharibə ilə bağlı təcili ehtiyacların ödənilməsi və yenidən ixtisaslaşma, əmək bazarına inteqrasiya və sahibkarlıq bacarıqları daxil olmaqla, böhranla mübarizə üçün potensialın artırılması zərurəti EU4Youth III faza kontekstinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir,” deyə proqram açıqlayıb.

Adı çəkilən problemlərin öhdəsindən gəlmək üçün qrant layihələri ilə bağlı prioritetlər, ərizəçilər üzrə tələblər və prosedurlar müvafiq qaydada nəzərdən keçiriləcək. 

Vəziyyətdən asılı olaraq “EU4Youth III faza: Gənclərin məşğulluğu və sahibkarlığı: sosial sahibkarlıq vasitəsilə gənclərin məşğulluğunun və sosial dəyişikliyin təşviq edilməsi” mövzusunda layihə təkliflərinin qəbulu ilə bağlı son qərar aprel ayının sonuna qədər elan ediləcək. Proqramda maraqlı olan şəxslər və potensial ərizəçilər yeniliklərdən xəbərdar olmaq üçün  EU4Youth xəbər bülleteninə abunə olmalıdırlar.



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,