Skip to main content
EUcraft oyununu oynamaqla Avropa İttifaqının Nazirlər Şurasının qərar qəbuletmə prosesi ilə tanış olun
[featured_image_copyright]
Avqust 27, 2025

EUcraft oyununu oynamaqla Avropa İttifaqının Nazirlər Şurasının qərar qəbuletmə prosesi ilə tanış olun


Avropa İttifaqının Nazirlər Şurası real məsələlərlə bağlı danışıqlar aparmaqla Aİ-də qərar qəbuletmə prosesində iştirak etmək istəyən şəxsləri EUcraft oyununu oynamağa dəvət edir. 

Bu rəqəmsal simulyatorun həm brauzer, həm də mobil versiyası mövcuddur. Oyun 15 yaşdan böyük şəxslər üçün nəzərdə tutulub.

EUcraft real danışıqlar prosesinə və real mövzulara əsaslanan öyrədici oyundur. Cihazlar üçün vahid enerji doldurma cihazının tətbiqi ilə razılaşmaq, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik məmulatları qadağan etmək və ya elektrik avtomobillərə və daha yaşıl binalara keçidi dəstəkləmək sizin əlinizdədir.

Bununla belə, danışıqlar prosesi sadələşdirilib və oyun formatında təqdim edilib. Ölkə mövqeləri də sadələşdirilib və oyuna uyğunlaşdırılıb. Ölkələrin mövqeləri real qanunvericilik prosedurunda olan həqiqi mövqelərindən fərqli ola bilər.

Oyunda bir və ya daha çox oyunçu seçə, öz oyunuzu yarada və ya başqa birisinin komandasına qoşula bilərsiniz. 

Oyunçular həmçinin Şuranın Aİ ilə bağlı viktorinasında iştirak etməklə Aİ haqqında biliklərini sınaya bilərlər. Viktorinada yeni başlayan və mütəxəssis səviyyələrini seçmək mümkündür.

Viktorina həmçinin 12 və daha böyük yaşda olan uşaqlar üçün uyğundur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,