Skip to main content
Gənc Avropa səfiri üçün olmaq üçün daha bir şans – indi müraciət edin!
[featured_image_copyright]
Oktyabr 13, 2025

Gənc Avropa səfiri üçün olmaq üçün daha bir şans – indi müraciət edin!


Altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) hər hansı biri və ya Avropa İttifaqından olan 16-26 yaş arası gənclər 3 noyabr 2025-ci il tarixinədək ərizə formasını dolduraraq “Gənc Avropa səfirləri” (YEAs) şəbəkəsinə qoşula bilərlər. 

Ərizə qəbuluna Aİ-nin “EU NEIGHBOURS east” layihəsi tərəfindən başlanıb və məqsədi dinamik, həvəsli və Aİ-nin fəaliyyətində və yaşadığı ölkənin Aİ ilə tərəfdaşlığında maraqlı olan gənclərin cəlb edilməsidir. Müraciət edən gənclər İngilis dilini yaxşı səviyyədə bilməli, yaşadığı icmanın və ölkənin inkişafına və rifahına töhfə verməyə və vətəndaş cəmiyyəti fəaliyyətlərinə kifayət qədər vaxt ayırmağa hazır olmalıdır. 

Seçilmiş namizədlər onlayn və dialoqların əsas yer tutduğu tədbirlərdə iştirak edəcək, o cümlədən öz ölkələrinin gənclərini həm yerli, həm də xarici ölkələrdə keçirilən tədbirlərdə təmsil etmək imkanı qazanacaqlar. Onlar təcrübə mübadiləsi aparacaq, gənclərə birbaşa aidiyyatı olan məsələləri müzakirə edəcək, ən yaxşı təcrübələri bölüşəcək və ölkələrinin, eləcə də yaşadıqları ölkələrin daha yaxşı gələcəyi üçün birlikdə çalışacaqlar. Ərizə qəbulu və YEAs təşəbbüsü haqqında daha ətraflı öyrənmək üçün xüsusi ərizə forması səhifəsinə baş çəkin.

Gənc Avropa səfiri olmaq üçün 3 noyabr 2025-ci il tarixinə qədər ərizə formasını doldurub təqdim etmək tələb olunur.

Ərizə qəbulu dayandırıldıqdan sonra seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibədən uğurla keçən namizədlər xüsusi sessiyalara dəvət olunacaq və onların məlumatları təsdiqlənmək üçün növbəti (rəsmi maraqlı tərəflər) tərəflərə göndəriləcək. Ərizə qəbulunun dayandırıldığı gündən sonra yekun nəticələrin elan edilməsi üçün təxminən səkkiz həftə tələb oluna bilər.

Hal-hazırda Ukraynada davam edən müharibə səbəbindən Ukraynalı ərizəçilər Ukraynadan, yaxud hazırda yaşadıqları hər hansı Aİ-yə üzv ölkədən müraciət edə bilərlər.

Belarusdan olan Gənc Avropa səfirlərinin Belarus ərazisində fəaliyyətinə son qoyulub, amma Aİ-də yaşayan Belaruslu gənclər hazırda yaşadıqları ölkədən müraciət edə bilərlər.

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə Üzv Ölkələrdən olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək, vətəndaş fəallığını artırmaq və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır.

YEAs təşəbbüsü Avropa İttifaqı tərəfindən 2016-cı ildə təsis edilib və bu günə qədər 2600-dən artıq gənci bu şəbəkəyə cəlb etməyi bacarıb. Hal-hazırda 30 fərqli milləti təmsil edən 600-ə yaxın aktiv Gənc Avropa səfiri fəaliyyət göstərir.

Daha çox öyrənin

Ərizə qəbulu səhifəsi

Ərizə forması

Gənc Avropa səfirləri və tez-tez verilən suallar

Gənc Avropa səfirləri ilə tanış olun



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,