Skip to main content
Gənc Avropa səfirləri “Global Gateway” forumunda iştirak ediblər 
[featured_image_copyright]
Oktyabr 10, 2025

Gənc Avropa səfirləri “Global Gateway” forumunda iştirak ediblər 


9–10 oktyabr tarixlərində Moldova və Azərbaycandan olan iki Gənc Avropa səfiri (YEAs) Brüsseldə keçirilən “Global Gateway” Forumunda iştirak ediblər. 

Forum davamlı investisiyalar vasitəsilə qlobal əlaqələri gücləndirmək yollarını müzakirə etmək üçün hökumətlər, maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrini bir araya gətirib.

Tədbir günümüzdəki geosiyasi və geoiqtisadi çağırışlar fonunda bütün dünyada ədalətli və davamlı tərəfdaşlıqları təşviq etmək üçün Aİ-nin əsas strategiyası olan “Global Gateway” strategiyasının təşviqinə həsr olunub.

Forumun açılışında çıxış edən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib ki, Aİ, üzv dövlətlər və maliyyə inkişaf institutlarından ibarət “Team Europe” təşəbbüsü çərçivəsində cəmi dörd il ərzində 306 milyard avrodan artıq vəsait toplanıb və bununla da 2021-ci ildə qarşıya qoyulan hədəfə çatılıb. Bu nailiyyət 2027-ci il üzrə ilkin hədəfdən iki il qabaq əldə olunub.

“Əsl tərəfdaşlıqlar hörmət, ortaq maraqlar və uzunmüddətli sadiqliyə əsaslanır. Bu “Global Gateway” strategiyasının əsas qayəsi və uğurudur. Bu gün mən əminəm ki, biz 2027-ci ilə qədər 400 milyard avronu keçəcəyik”, – Avropa Komissiyasının Prezidenti bildirib.

“Global Gateway” strategiyası Avropanın tərəfdaş ölkələrə təklifi olmaqla milli, regional və qlobal problemlərin həllinə, o cümlədən Aİ-nin strateji maraqlarının qorunmasına yönəlmişdir. Məsələn, Aİ Ukrayna, Moldova və üzv dövlətlər arasında Həmrəylik dəhlizləri boyunca nəqliyyat infrastrukturunun müasirləşdirilməsi üçün 2 milyard avrodan çox vəsait cəlb edib və taxıl kimi məhsulların beynəlxalq bazarlara ixracında Ukraynaya kömək edib. 

Tədbir zamanı Gənc Avropa səfirləri Aİ-nin xarici siyasəti haqqında daha çox öyrənmək, beynəlxalq QHT-lər, qanunvericilər və gənclər təşkilatlarının nümayəndələri ilə əməkdaşlıq imkanlarını araşdırmaq, eləcə də Gənc Avropa səfirləri şəbəkəsini bütün dünyada maraqlı tərəflər arasında təbliğ etmək imkanı əldə ediblər.

“Müzakirələr yaşıl iqtisadiyyata keçid, rəqəmsal innovasiyalar və tərəfdaş regionlarda bərabər inkişaf kimi əsas mövzuları əhatə edib. Bu mübadilə proqramlarında iştirak etmək kollektiv fəaliyyətlərin və ortaq dəyərlərin davamlı və gələcəyə yönəlmiş inkişafa necə töhfə verə biləcəyini daha dərindən anlamağa imkan verdi”, – Moldovadan olan və Niderlandda yaşayan Gənc Avropa səfiri Laura-Kalina Skutelnik bildirib.

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü dialoqu təşviq etmək və Aİ ilə əməkdaşlıq haqqında məlumatlılığı artırmaq üçün altı Şərq Tərəfdaşlığı ölkəsi, Avropa İttifaqı və Böyük Britaniyadan olan fəal gəncləri birləşdirən şəbəkədir.

Daha çox öyrənin 

“Global Gateway” Forumu



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,