Gənclər sağlam və demokratik cəmiyyət naminə: YEA jurnalının ikinci sayı işıq üzü görüb
Gənc Avropa səfirləri (YEA) jurnalının ikinci sayı işıq üzü görmüşdür. Jurnalın bu sayı Avropa Şurasının “Demokratiya burada, demokratiya indi!” kampaniyası və “Gənclərin Fəaliyyət Həftəsinə” təsadüf edib.
Jurnalın sonuncu sayı gənclərin öz cəmiyyətlərinə təsirini və gələcəyi necə gördüklərini araşdırmaq məqsədilə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı üzrə müxtəlif perspektivləri təqdim etmək məqsədi daşıyır.
2022-ci il Avropada Gənclər İli kimi qeyd olunur və jurnalda gənclər, onların hüquq və ehtiyaclarının cəmiyyətin diqqət mərkəzində olması, qərarqəbulu prosesində fəal iştirakları və layiq olduqları yerlərə sahib olmalarına həsr olunub. Gənclərin adı çəkilən proseslərdə mənalı iştirakı sağlam və demokratik cəmiyyət üçün olduqca vacibdir.
YEAs təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Aİ-yə üzv dövlətlər və Böyük Britaniyadan olan gənclərin könüllü şəbəkəsidir. Şəbəkənin məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın real nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqu təşviq etmək, vətəndaş fəallığını təşviq etmək və daha yaxşı gələcək naminə birgə çalışmaqdır.
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]