Skip to main content
Jurnalistlər üçün Aİ haqqında praktiki bələdçi hazırlanıb
[featured_image_copyright]
Yanvar 23, 2025

Jurnalistlər üçün Aİ haqqında praktiki bələdçi hazırlanıb


“EU NEIGHBOURS east” layihəsi Avropa Xarici Fəaliyyət Xidməti (EEAS), Avropa İttifaqı Şurası və Avropa Parlamenti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan jurnalistlərin Aİ-nin strukturu və funksiyalarını daha yaxşı anlamağına kömək məqsədilə praktiki bələdçi hazırlayıb. Bələdçidə həmçinin Aİ-nin genişlənmə siyasəti və qərar qəbuletmə prosesləri haqqında məlumat verilib. Bundan əlavə, orada dəyərli audiovizual resurslar, mətbuat üçün əlaqə, akkreditasiya və mətbuat nümayəndələrinin sorğuları ilə bağlı məsləhətlər yer alır.

Bu hərtərəfli bələdçidə Aİ haqqında reportaj hazırlama qaydaları və kütləvi informasiya vasitələri üçün imkanlar da tapa bilərsiniz. O, Azərbaycan və digər Şərq Tərəfdaşlığı ölkələrinin dillərində nəşr olunan bu cür ilk regional bələdçidir. Avropa İttifaqının təsisatlarının adlarının, yüksək səviyyəli rəsmilərinin vəzifələrinin və Aİ siyasətlərinin tərcüməsində də ondan yararlana bilərsiniz.

Əsasən gənc jurnalistlər və müxbirlər üçün nəzərdə tutulmuş bu bələdçi həm də jurnalistləri yüksək vəzifəli rəsmilərlə müsahibələrə, tanışlıq məqsədi daşıyan səfərlərə, mətbuat nümayəndələri üçün turlara və brifinqlərə hazırlamaqla media ilə əlaqələr bölməsinin nümayəndələri üçün dəyərli mənbə rolunu oynayır. 

Bələdçinin məzmunu “EU NEIGHBOURS east” layihəsinin kütləvi informasiya vasitələrinin nümayəndələri arasında keçirdiyi sorğuya əsaslanır.

Bələdçi Şərq Tərəfdaşlığı regionunda Aİ təsisatları ilə kütləvi informasiya vasitələri arasında əlaqələri gücləndirmək və auditoriyalarını Aİ siyasətləri və onunla əməkdaşlıq imkanları haqqında daha yaxşı məlumatlandırmaq üçün jurnalistləri lazımi vasitələrlə təmin etmək məqsədi daşıyır.



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,