Keçən il Aİ ŞT-də 67 000-dən artıq KOB-un dəstəklənməsi məqsədilə 130,7 milyon avro ayırıb
Ötən il Avropa İttifaqı Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada 67 mindən çox kiçik və orta sahibkarlıq müəssisəsinin (KOB-lar) dəstəklənməsi üçün 130,7 milyon avro ayırıb. Bu KOB-ların 42,5%-i qadınlara məxsusdur. EU4Business təşəbbüsünün 29 iyul tarixində dərc olunan Şərq Tərəfdaşlığı ölkələrində KOB-lara dəstəyə dair hesabatına əsasən, regionda Aİ tərəfindən dəstəklənən KOB-lar tərəfindən 80 000-ə yaxın yeni iş yeri yaradılıb və ixracın dəyəri 1 milyard avro təşkil edib.
Hesabatda 2023-cü ildə Aİ-nin sözügedən proqramın hər üç prioritet sahəsi (maliyyəyə çıxış imkanı, biznesin inkişafı üzrə xidmətlər və biznes üçün əlverişli mühit) üzrə kiçik sahibkarlıq müəssisələrinə dəstəyinə dair ətraflı məlumat verilib.
Maliyyəyə çıxış imkanı
Keçən il ümumi həcmi 1,4 milyard avrodan artıq kreditlər vasitəsilə 32 minə yaxın KOB-a maliyyə dəstəyi verilib. Kreditlərin orta hesabla həcmi 40 min avro təşkil edib.
Biznesin inkişafı üzrə xidmətlər
2023-cü ildə regionda KOB-ların peşəkar bacarıqlarını artırmaq üçün 31,4 milyon avro ayrılıb. Bu, bölüşdürülmüş ümumi vəsaitin 24%-dən çoxunu təşkil edir. Məsləhət xidmətləri, inkubatorlar, klasterlər və B2B tədbirləri vasitəsilə 34 mindən artıq KOB-a və 1033 biznesə dəstək təşkilatına dəstək verilib.
Biznes üçün əlverişli mühit
Aİ 28,3 milyon avro büdcə ilə əlverişli biznes mühitini dəstəkləyib. Bu maliyyə vəsaiti normayaradan, tənzimləyici və hüquq-mühafizə orqanları daxil olmaqla 6 000-dək dövlət qurumuna öz imkanlarını təkmilləşdirməyə kömək edib və 745-dən çox qanun, normativ-hüquqi akt və prosedurun islahatı ilə nəticələnib.
EU4Business Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada kiçik və orta sahibkarlıq müəssisələrinə (KOB-lar) Aİ-nin bütün dəstəyini özündə birləşdirən bir təşəbbüsdür. Aİ maliyyə mənbələrinə çıxış imkanının yaxşılaşdırılması və biznesin inkişafı xidmətləri ilə yanaşı, biznes sahəsində tənzimləmələrin təkmilləşdirilməsinin təşviqi yolu ilə KOB-ların inkişafını dəstəkləyir.
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]