Komissar Marta Kos Azərbaycana və Ermənistana səfər edib
Avropa İttifaqının (Aİ) Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Komissarı Marta Kos Azərbaycana və Ermənistana üçgünlük səfərə gedib. Səfərin məqsədi Cənubi Qafqaz regionunda Aİ ilə əlaqələrin gücləndirilməsidir.
Aİ Azərbaycan və Ermənistan arasındakı sülh prosesinin sözügedən regionda Aİ ilə əməkdaşlığın gücləndirilməsi və Aİ-nin daha sabit və təhlükəsiz Qara Dəniz regionu üzrə strategiyasının həyata keçirilməsi istiqamətində bir fürsət olduğuna inanır.
Sentyabrın 18-də Komissar Marta Kos Azərbaycan Prezidenti İlham Əliyev, Xarici İşlər naziri Ceyhun Bayramov və İqtisadiyyat nazini Mikayıl Cabbarov ilə yüksək səviyyəli görüşlər keçirib. O, həmçinin minatəmizləmə fəaliyyətində iştirak edən şəxslərlə görüşmək üçün Azərbaycanın Ağdam şəhərinə səfər edib. Aİ minatəmizləmə sahəsində aparıcı beynəlxalq donordur və minaların təmizlənməsi üçün avadanlıqlarla yanaşı, minalardan zərərçəkən şəxsləri yardımla təmin edir. Aİ həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) potensialının artırılmasını dəstəkləyir.
19-20 sentyabr tarixlərində isə Komissar Marta Kos Ermənistan Prezidenti Vaaqn Xaçatryan, Baş nazir Nikol Paşinyan və Baş nazirin müavini Mher Qriqoryan, eləcə də Daxili İşlər naziri Arpine Sarqsyan ilə görüşlər keçirəcək. Marta Kos Avropa Yenidənqurma və İnkişaf Bankı ilə iki layihənin imzalanmasında iştirak edəcək, EU4Sevan biomüxtəliflik layihəsinin ərazisinə baş çəkəcək və TUMO Yaradıcı Texnologiyalar Mərkəzinin fəaliyyəti ilə tanış olacaq.
Komissar Marta Kosun İrəvanda vətəndaş cəmiyyətinin nümayəndələri, qadın liderlər və Gənc Avropa səfirləri ilə də görüşü planlaşdırılır.
Daha çox öyrənin
Aİ-nin Ermənistanda və Azərbaycanda gördüyü işlərlə tanış olun
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]