Skip to main content
Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzinin nümayəndələri Azərbaycana səfər ediblər
[featured_image_copyright]
Sentyabr 26, 2023

Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzinin nümayəndələri Azərbaycana səfər ediblər


Sentyabrın 19-da “EU4Monitoring Drugs II” (EU4MD II) layihəsi çərçivəsində Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzinin (EMCDDA) nümayəndə heyəti ilk dəfə olaraq Azərbaycanın paytaxtı Bakıya səfər ediblər.

Sözügedən səfər Azərbaycanın Xarici İşlər və Daxili İşlər Nazirlikləri, Aİ-nin Azərbaycandakı Nümayəndəliyi ilə sıx əməkdaşlıq çərçivəsində təşkil olunub.

İkigünlük səfərin məqsədi EU4MD II layihəsinin həm Aİ-də, həm də onun hüdüdlarından kənardakı fəaliyyətini, Avropa və Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı vəziyyəti və EMCDDA ilə Azərbaycan arasındakı əməkdaşlıq imkanlarını müzakirə etmək olmuşdur. 

Nümayəndə heyəti həmçinin EU4MD II layihəsində iştirak üçün növbəti addımları müzakirə etmək məqsədilə  Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə baş çəkiblər. Danışıqlar zamanı tərəflər adı çəkilən dövlət qurumunun 2024-cü ilin iyul ayında qüvvəyə minəcək yeni mandatı çərçivəsində Avropa məhkəmə ekspertizası və toksikoloji laboratoriyalar şəbəkəsinin yaradılması məsələsinə toxunublar. Bu şəbəkənin məqsədi yeni tendensiyalar və yeniliklər barədə məlumat mübadiləsini asanlaşdırmaqla narkotik vasitələrin məhkəmə-tibbi ekspertizası üzrə milli ekspertlər hazırlamaqdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

EU4MD II



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,