Ozzi qayıtdı və hər kəsi #ForOurPlanet üçün hərəkətə keçməyə səsləyir
Ozzi qayıtdı! Bu məşhur dağsiçanı bu həftə yenidən bizimlə olacaq. O, planetimizi qorumaq üçün #ForOurPlanet kampaniyası çərçivəsində məsləhət və ipicularını paylaşmağa gəlib.
Son illər ərzində Ozzi enerjiyə qənaət və bərpa olunan enerji ilə bağlı məlumatlılığı artırmaq üçün dayanmadan çalışır. O, EU4Energy layihəsinin komiks kitabının iki nəşrinin qəhrəmanı olmuşdur. Bundan əlavə, Ozzi internet vasitəsilə və Şərq Tərəfdaşlığı ölkələrində məktəblərə birbaşa baş çəkməklə yüz minlərlə gəncin bu barədə məlumatlanmasına töhfəsini vermişdir.
Bu dəfə isə Ozzi beş mühüm və əməl edilməsi asan olan məsləhət ilə gəlib. Uşaqlar əşyaların yenidən emalı və yenidən istifadəsi ilə bağlı bu məsləhətləri asanlıqla başa düşəcək və gündəlik həyatlarında tətbiq edə biləcəklər.
Keçən həftə, Dünya Dağsiçanı Günündə (12 aprel, siz bilirdiniz…?), Ozzi Instagram sosial şəbəkəsində aşağıdakı mühüm məsləhətlərini paylaşıb:
- Əşyaları mübadilə et
- Su kranını bağla
- İşıqları söndür
- Velosiped sür
- LED lampalardan istifadə et
Uşaqlara enerjiyə qənaət haqqında məlumat vermək üçün Ozzinin bütün məsləhətləri və praktiki materialları yeni xüsusi səhifəmizdə toplanmışdır: https://euneighbourseast.eu/az/ozzyforourplanet-az/
Ozzi həmçinin Gənc Avropa səfirlərinə (YEAs) qoşularaq Şərq Tərəfdaşlığı ölkələrində məktəblərə baş çəkəcək və planeti qorumaq üçün sadə fəaliyyətlərə dair məlumalılığı artırmaq məqsədilə interaktiv sessiyalar keçirəcək. O, həmçinin EU4Energy komandası və YEAs ilə birlikdə regionda Avropa Günü ilə bağlı tədbirlərdə iştirak edəcək.
Qarşıdakı həftələrdə isə Ozzi Facebook, Instagram və YouTube vasitəsilə uşaqlar, valideynlər və müəllimlərlə ünsiyyətdə olacaq.
Ozzini izləyin və yeniliklərdən xəbərdar olun! #OzzyForOurPlanet #EU4Energy #StrongerTogether
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]