“Rəqəmsal marketinqin əsasları” kursu artıq Şərq Tərəfdaşlığı ölkələrinin dillərində əlçatandır
EU4Digital Akademiyasının “Rəqəmsal marketinqin əsasları” adlı kursu artıq yalnız İngilis dilində deyil, həm də Azərbaycan, Erməni, Rumın və Ukrayna dillərində istifadəçilərin ixtiyarına verilib. Kurs EU4Digital proqramı tərəfindən hazırlanıb.
Adətən ödənişli olan bu kurs Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşları üçün pulsuz təqdim edilib. Kursda iştirak etmək üçün EU4Digital Akademiyasında qeydiyyatdan keçmək tələb olunur.
Yeni kurs rəqəmsal texnologiyalar və rəqəmsal marketinqin əsas prinsiplərini öyrənmək istəyən qeyri-marketinq komandaları üçün nəzərdə tutulub. Onlar bu kursda iştirak etməklə günümüzün rəqəmsal marketinq mənzərəsi ilə tanış ola biləcəklər.
Rəqəmsal marketinqin əsasları kursu dünyada rəqəmsal marketinq sahəsində təlim təmin edən aparıcı Rəqəmsal Marketinq İnstitutu (DMI) tərəfindən hazırlanıb. Şərq Tərəfdaşlığı (ŞT) ölkələri üçün nəzərdə tutulmuş bu kursu EU4Digital Akademiyası DMI ilə birgə hazırlayıb və atingi platformasında təqdim edib.
Sərbəst qrafikli kursu bitirmək üçün maksimum altı saata yaxın vaxt tələb olunur. Kursda işgüzar əlaqələrin yenidən formalaşdırılmasında sosial media və süni intellektin rolu, məlumatların qorunmasının və məlumatlara əsaslanan qərarların əhəmiyyəti və strateji yanaşmanın inkişaf etdirilməsi kimi əsas mövzular əhatə olunub.
Kursu bitirdikdən sonra, bütün iştirakçılara EU4Digital tərəfindən sertifikatlar təqdim olunacaq.
Akademiyada qeydiyyatdan keçən və kursu bitirən iştirakçılar həmçinin əlavə olaraq Rəqəmsal Marketinq İnstitutunun sertifikatını əldə etmək imkanı qazanırlar. Onlar e-poçt vasitəsilə göndərilən keçid vasitəsilə 40 avro (ƏDV xaric) ödəməklə Rəqəmsal Marketinq İnstitutunun imtahanında (İngilis dilində) iştirak üçün qeydiyyatdan keçə bilərlər.
EU4Digital Akademiyası Şərq Tərəfdaşlığı ölkələrinə uyğun təlim kursları təqdim etmək məqsədilə ən yaxşı təminatçılar və platformalarla əməkdaşlıq edir. Hər bir ölkənin ehtiyaclarına uyğun tərtib olunmuş “Aİ satış platformalarında elektron ticarət” mövzusunda kursda artıq 6400 nəfər iştirak edib. Bu yaxınlarda istifadəçilərin ixtiyarına verilmiş “Kibertəhlükəsizlik” mövzusunda kursu isə 600-ə yaxın şəxs bitirib. Bundan əlavə, yaxın aylarda “Biznesin rəqəmsallaşdırılması” mövzusunda kursun istifadəyə verilməsi planlaşdırılır.
Daha çox öyrən
İngilis dilində “Rəqəmsal marketinqin əsasları” kursu
Erməni dilində “Rəqəmsal marketinqin əsasları” kursu
Azərbaycan dilində “Rəqəmsal marketinqin əsasları” kursu
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]