Sərmayə, ixtisaslaşma və böyümə: EU4Business sahibkarlara necə dəstək verir
Azərbaycanda, Ermənistanda, Gürcüstanda, Moldovada və ya Ukraynada kiçik və ya orta sahibkarlıq müəssisəniz var? Sərmayə yatırmaq, bacarıqlarınızı artırmaq və yeni bazarlara çıxış imkanı əldə etmək istəyirsiniz?
Avropa İttifaqının EU4Business təşəbbüsü sahibkarlara ideyalarını reallaşdırmağa kömək edir.
Hansı imkanların mövcud olduğunu və onlardan necə yararlanmağı izah etmək üçün EU4Business proqramının hər bir ölkədə həyata keçirdiyi proqramlara dair izahedici materiallar işıq üzü görüb. Həmin materiallarda aşağıdakılar daxil olmaqla sizi maraqlandıran əsas suallara cavab tapa biləcəksiniz:
- Şirkətim maliyyə dəstəyini necə əldə edə bilər?
- İşgüzar bacarıqlarımı necə inkişaf etdirə bilərəm?
- Məhsulları Aİ-yə necə ixrac edə bilərəm?
- Qadın sahibkarlar üçün işlənib hazırlanmış fərdi proqramlar var?
- İT və texnologiya sektorunda fəaliyyət göstərən startaplar üçün dəstək proqramları var?
- Mövcud dəstək haqqında haradan öyrənə bilərəm?
EU4Business Şərq Tərəfdaşlığı ölkələrindəki KOB-lara ilk biznes ideyasından beynəlxalq miqyasda fəaliyyət göstərənə qədər bələdçilik edir, onları maliyyə, əlaqələr və digər imkanlarla təmin edir.
Daha çox öyrənin
Bu ölkələrdə biznesinizi necə böyüdə bilərsiniz:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]