Şərq Tərəfdaşlığı Sammiti öncəsi ŞT Gənclər Forumu keçirilib
23-24 noyabr tarixlərində Şərq Tərəfdaşlığı ölkələri, Avropa İttifaqı və Aİ-yə üzv dövlətlərdən 150-dən artıq gənclər təşkilatı nümayəndəsi, fəal və tənqidi düşüncəyə malik gənclər və gənclər siyasəti sahəsində çalışanlar 5-ci Şərq Tərəfdaşlığı Gənclər Forumuna qatılıb.
“Gənclərin demokratik proseslərdə iştirakı” mövzusunda keçirilən forum Sloveniyanın Avropa İttifaqı Şurasına sədrliyi tərəfindən Avropa Komissiyası və Avropa Xarici İşlər Xidməti ilə birgə təşkil edilib.
Forumun açılışında Sloveniyanın xarici işlər naziri Anje Loqar deyib: “Səlahiyyətləndirilmiş gənclər güclü demokratiyanın, məsuliyyətli siyasətin, insan hüquqlarının qorunmasının və dayanıqlığın yaradılması üçün mühüm əhəmiyyət daşıyır”.
Bu il Gənclər Forumu gənclərin demokratik proseslərdə konstruktiv iştirakı üçün inklüziv mühitin və müvafiq şəraitin yaradılmasına həsr olunub.
Forum iştirakçıları gənclər siyasətinin gələcəyini müzakirə edib, onun hərtərəfli və inklüziv inkişafı ilə bağlı tövsiyələr veriblər. Bu da 2021-ci il dekabrın 15-də Brüsseldə keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı Sammitində müzakirələrə töhfə verəcək.
Gənc Avropa Səfirləri (YEA) şəbəkəsinin üzvləri Şərq Tərəfdaşlığında gənclər siyasətinin gələcəyi və gənclərin mənalı iştirakı üçün lazımi şəraitin yaradılmasına dair tövsiyələrin işlənib hazırlandığı Forumun seminarlarında fəal iştirak ediblər.
“Hesab edirəm ki, gənclərin demokratik proseslərdə iştirakı, cəmiyyətin orada yaşayan insanlar tərəfindən və orada yaşayan insanlar üçün formalaşdırılması üçün əsas şərtlərdən biridir. Qərarların qəbulu proseslərində gənclərin real iştirakının zəruriliyini dərk etmədən inklüziv gələcək mümkün deyil”. Bu sözləri Forumda iştirak edən Gənc Avropa səfiri Maria Pia Napoletano bildirib.
Gənclər Forumu çərçivəsində keçirilən tədbirlərə müvafiq internet səhifəsində baxmaq mümkündür.
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]