Skip to main content
Shape your future: Aİ-nin iştirak imkanları, dəstək və ilhamverici layihələri bir arada 
[featured_image_copyright]
İyun 13, 2024

Shape your future: Aİ-nin iştirak imkanları, dəstək və ilhamverici layihələri bir arada 


Avropa İttifaqının potensialınızı üzə çıxarmağa kömək edəcək iştirak imkanlarının təqdim olunduğu səhifəyə xoş gəlmisiniz. #ShapeYourFuture kampaniyası ilə eyni vaxtda “EU NEIGHBOURS east” proqramı Şərq Tərəfdaşlığı ölkələrində olan gənclər üçün Aİ-nin iştirak imkanları, dəstəyi və ilhamverici layihələrinin olduğu xüsusi səhifə istifadəyə verib. 

Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrində şagird və ya tələbə, gənc mütəxəssis, könüllü və ya vətəndaş cəmiyyəti fəalı olmağınızdan və təcrübə səviyyənizdən asılı olmayaraq, təlim və ya iş axtaran gənclər üçün unikal imkanlar təklif edir.

Beləcə istər təhsil, istər təcrübə, təlim, istərsə də səyahət ilə bağlı iştirak imkanları olsun, Aİ tərəfindən sizin üçün hər həftə yeni və müxtəlif fəaliyyətlərdə iştirak imkanları dərc olunur. Bu iştirak imkanları arasında Erasmus+ proqramı çərçivəsində gənclər üçün universitet mübadilələri, könüllülük proqramları, biznes üzrə təlim, peşə hazırlığı və ya İT sektorunda karyera üçün bacarıqların əldə edilməsi var.

Daha ətraflı öyrənmək üçün Shape Your Future səhifəsini ziyarət edin. Orada gənclər üçün iştirak imkanları haqqında izahedici materiallara keçidlər, bacarıqlarınızı artırmaq yolları və Azərbaycanda Erasmus+ proqramı haqqında bütün məlumatların izahı var. Siz həmçinin ən son mübadilə proqramları, vakansiyalar, təlim, qrant və daha çoxu üçün iştirak imkanları bölməsinə baxın və ən son iştirak imkanlarını elektron poçtunuzda görmək üçün abunə olun

İştirak imkanları səhifəsi Shape Your Future kampaniyasının bir hissəsidir və burada Azərbaycan, Ermənistan, Moldova, Gürcüstan və Ukraynadan olan 12 inflüenser 16-22 iyun tarixlərində Aİ-yə üzv dövlətlərin təcrübəsini nümayiş etdirmək və Aİ-nin dəstəyini və imkanları təşviq etmək üçün Riqa və Praqaya səfər edəcək.

Səfər zamanı inflüenserlər Aİ-nin gizli möcüzələrini üzə çıxarmaq və ölkələrinə qayıtdıqdan sonra izləyicilərinə çatdırmaq üçün Ulduz missiyası adlı xüsusi missiyada iştirak edəcəklər.

Shape Your Future səhifəsi

Shape Your Future kampaniyası

Son iştirak imkanları 

Gündəlik yeniliklər üçün abunə olun



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,