ŞT ölkələrindən 12 inflüenser Latviya və Çexiyada missiyasını başa çatdırıb
“EU NEIGHBOURS east” proqramı tərəfindən həyata keçirilən #ShapeYourFuture kampaniyası çərçivəsində Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan 12 inflüenser 16-22 iyun tarixləri arasında Riqa və Praqaya səfər ediblər. Onlar bu ölkələrin Aİ-yə üzvlükdən necə faydalandığını öyrəniblər.
İştirakçılar bunlar idi: Karo (Ermənistan); Vəfa və Cəfər (Azərbaycan); Zura, Eleniko və Linako (Gürcüstan); Lyudmila, Katalin və Yelisey (Moldova) və Yuliya, Yuliya və Katerina (Ukrayna).
Onlar Avropa Komissiyasının Latviya və Çexiyadakı Nümayəndəliklərinə baş çəkərək yerli inflüenserlər Patrisiya Vavilova və Rozári Haskovçova ilə görüşüblər, eyni zamanda hökumət və QHT-lərin dezinformasiyaya qarşı mübarizə və dövlət fəaliyyətinin əlaqəli kommunikativ inteqrasiyası üçün hansı strategiyalar hazırladıqlarını öyrəniblər.
İştirakçılar ali təhsil sahəsində Latviyada lider kimi tanınan Riqa Texniki Universitetinə baş çəkərək orada Ukrayna kilsələrinin qorunması məqsədilə rəqəmsal əkiz (metaverse) layihəsi haqqında məlumat alıblar. Onlar tələbələr tərəfindən hazırlanan dizayn texnologiyası layihəsi sərgisinə baş çəkdikdən sonra layihə tərtibatçıları ilə görüşüblər. İnflüenserlər həmçinin Kuka robot simulyatorunda təyyarə idarə ediblər.
Praqada isə missiya iştirakçıları Çexiyada siyasətçilərin bəyanatlarının yoxlanılmasına və sosial şəbəkələrdə dezinformasiyanın və yalan məzmunun müəyyən edilməsinə yönəlmiş Demagog.cz platformasının əməkdaşları ilə görüşüblər.
Daha sonra Şərq qonşuluğu siyasəti, bu ölkələrin bəzilərinin Aİ-yə üzvlük imkanları və Aİ-nin Ukraynaya dəstəyini müzakirə etmək üçün Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Devid Stulík ilə görüş keçirilib.
Səfər Çexiyanın ən böyük səhiyyə müəssisəsi və tibbi tədqiqat və sınaqların aparıcı mərkəzi olan Motol Universiteti Xəstəxanasına ziyarətlə başa çatıb. Aİ tərəfindən maliyyələşdirilən bir neçə layihədən bəhrələnən xəstəxananın damında ağır xəstələrin sürətli daşınması üçün helikopter meydançası var.
Səyahət zamanı inflüenserlər Aİ ölkələri, onların siyasətləri, dezinformasiyaya qarşı mübarizə üsulları, Avropada ekoloji fəallıq, Ukraynaya dəstək və gənclər üçün mövcud imkanlar haqqında ətraflı məlumat əldə ediblər. Səfər haqqında daha ətraflı öyrənmək üçün “EU NEIGHBOURS east” proqramının Instagram hesabına baxın.
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]