Tbilisidəki Şərq Tərəfdaşlığı Avropa Məktəbində 2025-2027 – ci il üzrə təqaüd üçün müraciət tarixi 15 aprelə qədər uzadıldı
Şərq Tərəfdaşlığı Avropa Məktəbində 2025-2027-ci tədris ili üzrə təqaüd almaq üçün ərizə qəbulunun müddəti 15 aprelə qədər uzadılıb. Şərq Tərəfdaşlığı Avropa Məktəbi layihəsi Avropa İttifaqının və Beynəlxalq Bakalavriat Diplom Proqramının dəstəyi ilə Tbilisi şəhərində yerləşən “The New School” ilə birgə həyata keçirilir.
Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada yaşayan və 1 sentyabr 2025-ci il tarixinə yaşı 16-17 olan şagirdlər təqaüd üçün müraciət edə bilərlər.
Beynəlxalq Bakalavriat (IB) Diplom Proqramı üçün tam təqaüdün verilməsinə yönəlmiş müsabiqə nəticəsində 25-yə yaxın tələbə seçiləcək. Bu proqram onlara iqtisadiyyat, biokimya mühəndisliyi, fizika, sosial elmlər, sənət və mədəniyyət, rabitə və media, beynəlxalq əlaqələr, tibb, hüquq, humanitar elmlər və kompüter texnologiyası kimi sahələrdə karyera qurmalarına imkan verəcək.
Təqaüd proqramına təhsil haqqı, Tbilisidə qalma və qidalanma xərcləri, məktəbdə tətil zamanı doğma ölkələrinə gediş-gəliş xərcləri, yerli nəqliyyat üçün vəsait, tibbi sığorta, təhsil materialları və turları daxildir.
Ərizələrin təqdim olunması üçün son tarix 15 apreldir.
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Avropa Məktəbləri Proqramı Aİ-nin altı Şərq Tərəfdaşlığı ölkəsindən olan yuxarı sinif şagirdləri üçün orta təhsil üzrə imkanları təşviq etmək məqsədi daşıyır. 2018-ci ildən etibarən icra olunmağa başlayan bu proqram bu il altıncı dəfə tələbə qəbul edəcək.
2025-2027-ci tədris ili üçün təqaüd alanların siyahısı 2025-ci il iyun ayının ikinci yarısında açıqlanacaq.
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]