Skip to main content
ÜST və Aİ-nin yeni platforması: COVID-19 virusuna qarşı peyvəndlər haqqında bütün suallar cavablandırılıb
[featured_image_copyright]
Yanvar 27, 2023

ÜST və Aİ-nin yeni platforması: COVID-19 virusuna qarşı peyvəndlər haqqında bütün suallar cavablandırılıb


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və “Clínico Universitario de Santiago de Compostela” Xəstəxanası Aİ-nin maliyyə dəstəyilə COVID-19 virusuna qarşı peyvəndlərlə bağlı yeni platforma istifadəyə verib.

İnternet səhifəsində peyvəndlərlə bağlı 135 sualı əhatə edən bir sıra video və podkastlar yerləşdirilib.

Platformanın məqsədi səhiyyə işçiləri və peyvəndlərlə maraqlanan daha geniş auditoriyanın suallarını cavablandırmaqdır.  

Məlumatlar İngilis, Gürcü, Ukrayna, Rumın və Rus dillərində dərc olunub. Podkastları isə Soundcloud, Spotify və Apple platformalarında dinləyə bilərsiniz.

Suallar və cavabları istənilən cihazda oflayn rejimdə çap etmək və oxumaq da mümkündür. Bunun üçün onlar PDF formatında toplu şəklində hazırlanıb. Yeni əlavələrdən xəbərdar olmaq üçün sözügedən platformada qeydiyyatdan keçmək mümkündür. 

Daha çox öyrən

“COVID-19 virusuna qarşı peyvəndlər və peyvəndləmə haqqında” platforma



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,