Skip to main content
Xeyr, zaman Rusiyanın xeyrinə işləmir: Borrel Rusiya iqtisadiyyatının müharibə və Aİ-in sanksiyaları səbəbindən çökdüyünü bildirir 
[featured_image_copyright]
Aprel 16, 2024

Xeyr, zaman Rusiyanın xeyrinə işləmir: Borrel Rusiya iqtisadiyyatının müharibə və Aİ-in sanksiyaları səbəbindən çökdüyünü bildirir 


Avropa İttifaqının sanksiyaları artıq Rusiya iqtisadiyyatını əhəmiyyətli dərəcədə zəiflədib və Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi davam etdirdiyi təqdirdə bu ölkənin gələcəyi hər gün daha da zülmətə qərq olur. Bunu Aİ-nin Ali nümayəndəsi Cozef Borrel özünün “Xeyr, zaman Rusiyanın xeyrinə işləmir” başlıqlı son bloq yazısında bildirib.

Məqalədə Borrel Rusiya iqtisadiyyatının Qərbin sanksiyalarından təsirlənməməsi və Ukraynaya qarşı işğalçılıq müharibəsində zamanın Rusiyanın tərəfində olması barədə iddiaları rədd edir. 

O, qeyd edir ki, Rusiya iqtisadiyyatının hərbi istehsala yönəlməsi çoxlu sayda sadə Rusiya vətəndaşlarının həyatına mənfi təsir göstərib. Buraya keçən qış Rusiyanın bir sıra şəhərlərində kollektiv istilik sistemlərində yaranan çoxsaylı nasazlıqları aid etmək olar. “Müharibə davam edərsə, bu vəziyyət daha da pisləşəcək”, – Borrel qeyd edib.

O, Aİ sanksiyalarının Rusiyanın valyuta ehtiyatlarına mənfi təsiri barədə misallar paylaşıb. Bloqda deyilir ki, Rusiya iqtisadiyyatının fosil yanacaq ixracından əldə etdiyi gəlir, Avropanın kömür və neft idxalına qoyduğu embarqo və G7 tərəfindən neftin ixracı və onun qiyməti ilə bağlı qadağaları səbəbindən 2022-ci ilin yazından bəri iki dəfə azalıb. 2022-ci ildə Rusiya iqtisadiyyatında inflyasiya səviyyəsi kəskin şəkildə yüksəlib və 2022-ci ilin yazından etibarən rublun dəyəri hələ də düşməkdə davam edir. 

Borrelin sözlərinə görə, Rusiya artıq əhəmiyyətli dərəcədə kapital axını ilə üzləşib və ölkənin sənayesinin zəifliyi daha çox nəzərə çarpmağa başlayıb. “Rusiyada avtomobil istehsalı müharibədən əvvəlki səviyyə ilə müqayisədə yarıbayarı azalıb. Bir zamanlar ölkənin fəxri olan kosmik sənaye ağır vəziyyətdədir. Texniki xidmət, proqram yeniləmələri və ehtiyat hissələrinin olmaması səbəbindən hava nəqliyyatı kifayət qədər təhlükəli vəziyyətə düşüb”. 

Rusiya əhalisinin sayının Ukrayna ilə müqayisədə 3 dəfə çox olmasına baxmayaraq, artıq bu ölkə Aİ-nin sanksiyaları ilə faktiki olaraq xeyli zəifləyib, deyə Borrel əlavə edib. 

“Zaman keçdikcə onların təsiri daha çox hiss olunacaq, çünki insan kapitalı məhv olur, investisiyaların həcmi və keyfiyyəti pisləşir, Rusiya öz gələcəyini təmin etmək üçün lazım olan qabaqcıl texnologiyalardan məhrum olur”, – o, əlavə edib.

Daha çox öyrən

Mətni tam şəkildə buradan oxuyun 

Bloqu Azərbaycan, Belarus, Erməni, Gürcü, Rumın, UkraynaRus dillərində oxumaq olar.



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,