Skip to main content
Yaradıcılıq və mədəni müxtəlifliyə həsr olunmuş “EU4Culture” İncəsənət Festivalı keçirilib
[featured_image_copyright]
Dekabr 6, 2024

Yaradıcılıq və mədəni müxtəlifliyə həsr olunmuş “EU4Culture” İncəsənət Festivalı keçirilib


Dekabrın 3-də Bakıda Şərq Tərəfdaşlığı regionunda yaradıcılığın, mədəni müxtəlifliyin və mədəniyyətlərarası mübadilənin təşviqinə yönəlmiş “EU4Culture” İncəsənət Festivalı keçirilib.

Tədbirdə Azərbaycanın və digər ölkələrin rəssamları, həmçinin mədəniyyət nümayəndələri bir araya gəlib. Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko festivalın açılış mərasimində iştirak edib.

Tədbirdə həmçinin İbrahim Babayev və Teymur Əmirxanov kimi mədəniyyət işçiləri çıxış edərək ənənəvi musiqi ilə müasir incəsənət formalarının birləşməsini nümayiş etdiriblər. Gecədə DanceAbility təşkilatını təmsil edən Nigar Yıldırımın (yerdəyişmə üzrə qrant qazanan azərbaycanlı) rəhbərliyi ilə inklüziv rəqs çıxışları və Gürcüstanın Maka-InForm musiqi qrupunun (layihənin Gürcüstandan benefisarı) çıxışları baş tutub.

Dekabrın 3-ü Beynəlxalq Əlillər Günü münasibətilə layihəyə 11 nömrəli Bakı İnteqrasiya təlimli internat məktəbindən 20-dən çox uşaq və məktəbin direktoru Gülnarə Abdullayeva da dəvət olunub.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,