Yeni Gənc Avropa səfirləri ilə tanış olun!
Keçən ay “EU NEIGHBOURS east” proqramı 657 yeni Gənc Avropa səfirini (YEAs) salamlayıb və bununla da aktiv YEAs-ların sayı 1 162-yə çatdı. Onlarla tanış olmağın vaxtı çatıb!
Artıq hər bir aktiv Gənc Avropa səfirinin EU NEIGHBOURS east internet səhifəsində fotosu, eləcə də adı, doğulduğu ölkə, peşəsi və təcrübəsi ilə maraqlarını təsvir edən qısa şəxsi profili var.
Yeni YEAs-lar 16-26 yaş arasındadır və ŞT ölkələri, Aİ-yə üzv ölkələr və Böyük Britaniyadan ərizə ilə müraciət edən 2 126 gənc arasından seçilib.
Daxil olan müraciətlərin hərtərfli seçim prosedurundan sonra Azərbaycandan 114, Belarusdan 14, Ermənistandan 74, Gürcüstandan 98, Moldovadan 108, Ukraynadan 121 və Aİ/Böyük Britaniyadan 128 yeni Gənc Avropa səfiri seçilib.
Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə üzv ölkələrdən və Böyük Britaniyadan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək, vətəndaş fəallığını artırmaq və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır.
2023-cü ilin oktyabr-yanvar ayları arasında Gənc Avropa səfirləri regionda və Aİ-də 821 tədbirdə iştirak ediblər. Üzbəüz tədbirlərin sayı isə keçən il 52 000-ə çatıb. 3,8 milyondan artıq onlayn tədbir baş tutub.
Yeni YEAs-larla tanış olun:
Azərbaycan
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]