Skip to main content
Rəy sərğusu göstərir ki, Azərbaycanlıların əksəriyyəti Aİ ilə əlaqələrin yaxşı olduğunu hesab edir
Sentyabr 2, 2025

Rəy sərğusu göstərir ki, Azərbaycanlıların əksəriyyəti Aİ ilə əlaqələrin yaxşı olduğunu hesab edir


Azərbaycanda həyata keçirilən 2025-ci il üzrə illik rəy sorğusuna əsasən, Azərbaycan vətəndaşlarının çoxu (61%) Aİ və Azərbaycan arasında əlaqələrin yaxşı olduğunu düşünür, lakin respondentlərin cəmi 25%-i Aİ haqqında müsbət təsəvvürə malikdir. Onların 37%-i Aİ haqqında neytral və 10%-i mənfi təsəvvürə malikdir.

Ən son illik rəy sorğusu 2025-ci ilin may ayında bütöv ölkə ərazisində 1000 nəfərdən ibarət nümunə respondent arasında üz-üzə müsahibələr vasitəsilə həyata keçirilib. Bu rəy sorğuları 2016-cı ildən etibarən hər il Azərbaycanda və digər beş Şərq Tərəfdaşlığı ölkəsində “EUNEIGHBOURS east” proqramı tərəfindən aparılır.

Rəyi soruşulan vətəndaşlar iqtisadi inkişaf (49%), təhsil və mübadilə proqramları (40%) və viza rejiminin sadələşdirilməsi (32%) sahələrinə daha böyük dəstəyin göstərilməsinin onların Aİ-yə qarşı müsbət rəyinin formalaşmasına kömək edəcəyini bildirib.

Respondentlərin 68%-i Aİ-nin maliyyə dəstəyi haqqında məlumatlı olduğu halda (keçən il qeydə alınan 62%-dən çoxdur), onların cəmi 27%-i bu dəstəyin yüksək və çox yüksək olduğunu düşünür. Bununla belə, getdikcə daha çox respondent (50%) Aİ-nin dəstəyinin (2024-cü ildə qeydə alınan 40% və 2023-cü ildə qeydə alınan 25% ilə müqayisədə) səmərəli olduğunu hesab edir. 

Sorğuda iştirak edənlərin üçdə birindən çoxu (36%) Aİ-nin Azərbaycanda təhsilin dəstəklənməsində daha çox rol oynamasını, 36%-i gənclərə və 26%-i isə əhalinin aztəminatlı təbəqələrinə daha çox dəstəyin göstərilməsini istəyir.

Daha çox öyrən

2025-cü il üzrə Azərbaycanda illik rəy sorğusu – məlumat bülleteni

2025-cü il üzrə Azərbaycanda illik rəy sorğusu – ölkə üzrə hesabat



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,