Rəy Sorğusu 2017: Regional icmal
Aİ-nin Şərq qonşuluğu layihəsi ACT LLC ilə əməkdaşlıq edərək, hər il Aİ-nin altı şərq tərəfdaş ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) rəy sorğuları keçirir.
2017-ci il rəy sorğusuna əsasən, Aİ-nin Şərq Tərəhdaşlığı ölkələrində vətəndaşların demək olar ki yarısı (44 %) Avropa İttifaqı haqqında müsbət fikirə malikdir. Müqayisə üçün qeyd edək ki, Aİ-yə mənfi yanaşanların sayı cəmi 13 % faiz olub. Vətəndaşların 61 %-i ölkələrinin Aİ ilə münasibətlərinin yaxşı olduğunu bildirib. Bu rəqəm, ötən ilki sorğunun nəticələrinə uyğundur.
İllik rəy sorğularının əsas məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların Avropa İttifaqı və onun tərəfdaş ölkələrlə əməkdaşlığı haqqında fikirlərini və məlumatlılıq dərəcəsini araşdırmaq və daha yaxşı anlamaqdır. Bu sorğular aşağıdakı geniş sahələri əhatə edir:
- Aİ haqqında ümümi təsəvvür
- Aİ ilə əlaqələndirilən dəyərlər
- Aİ-nin tərəfdaş ölkə ilə münasibətlərinin dəyərləndirilməsi
- Aİ-nin maliyyə dəstəyi ilə bağlı məlumatlılıq və onun effektivliyinin qiymətləndirilməsi
- Məlumat mənbələri
- Ölkə üzrə qiymətləndirmə və gələcək gözləntilər
Ölkələr üzrə hesabatlar və məlumat bülletenlərini aşağıdakı linklərdən əldə edə bilərsiniz:
Aİ ilə Şərq Tərəfdaş ölkələri arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında əlavə məlumat əldə etmək üçün: Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna.
Endir
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]