Rəy Sorğusu 2018: Regional icmal
Aİ-nin Şərq Qonşuluğu layihəsi “ACT LLC” ilə əməkdaşlıq edərək hər il Aİ-nin altı Şərqi tərəfdaş ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) rəy sorğuları keçirir.
2018-ci ildə keçirilən rəy sorğusuna əsasən, Aİ-nin Şərq Qonşuluğu ölkələrində vətəndaşların demək olar ki, yarısı (46%) Avropa İttifaqı haqqında müsbət təsəvvürə malikdir. Müqayisə üçün qeyd edək ki, Aİ haqqında mənfi təsəvvürə malik olanların sayı cəmi 13%, öz ölkələrinin Aİ ilə münasibətinin yaxşı olduğunu düşünənlərin sayı 63% təşkil edir. Ötən illə müqayisədə, Aİ haqqında ümumi təsəvvürə malik vətəndaşların sayında dəyişiklik yoxdur.
İllik rəy sorğularının məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların Avropa İttifaqı və onun tərəfdaş ölkələrlə əməkdaşlığı haqqında fikirlərini və məlumatlılıq dərəcəsini araşdırmaq və daha yaxşı anlamaqdır. Bu sorğular aşağıdakı geniş sahələri əhatə edir:
- Aİ haqqında ümümi təsəvvür
- Aİ ilə bağlı dəyərlər
- Aİ-nin tərəfdaş ölkə ilə münasibətlərinin dəyərləndirilməsi
- Aİ-nin maliyyə dəstəyi ilə bağlı məlumatlılıq və onun səmərəliliyinin qiymətləndirilməsi
- Məlumat mənbələri
- Ölkə üzrə qiymətləndirmə və gələcək gözləntilər
Ölkələr üzrə hesabatlar və məlumat bülletenlərini aşağıdakı keçidlərdən əldə edə bilərsiniz:
Aİ ilə Şərqi Tərəfdaş ölkələr arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında əlavə məlumatı buradan öyrənə bilərsiniz: Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, və Ukrayna
Endir
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]