Rəy Sorğusu 2020: Regional icmal
Aİ-nin Şərq Qonşuluğu layihəsi “ACT LLC” ilə əməkdaşlıq edərək hər il Aİ-nin altı Şərqi tərəfdaş ölkəsində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) rəy sorğuları keçirir.
2020-ci ildə keçirilən rəy sorğusuna əsasən:
- Şərqi tərəfdaş ölkələrinin vətəndaşlarının 49%-i Avropa İttifaqı (Aİ) haqqında müsbət təsəvvürə malikdir. Bu rəqəm 2016-cı ildə qeydə alınan göstəricidən 4% yüksəkdir.
- ŞT ölkələrinin vətəndaşlarının 70%-i öz ölkələri ilə Aİ arasında əlaqələrin “yaxşı” olduğunu düşünür.
- ŞT ölkələrinin vətəndaşlarının 57%-i Aİ-nin ölkələrinə göstərdiyi maliyyə dəstəyindən xəbərdardır və onların 53%-i həmin dəstəyin səmərəli olduğunu düşünür. Bu göstərici 2016-cı il ilə müqayisədə 10% yüksəlmişdir.
- Aİ-nin maliyyə dəstəyindən xəbərdar olan ŞT ölkələrinin vətəndaşlarının yarıdan çoxu (53%) Aİ tərəfindən onların ölkələrində maliyyələşdirilən konkret proqramlardan azı biri haqqında məlumatlıdır. Burada 2017-ci il ilə müqayisədə 18% əhəmiyyətli dərəcədə artım qeydə alınmışdır.
- Avropa İttifaqı ən çox etibar edilən beynəlxalq qurumdur və ŞT ölkələrinin vətəndaşlarının əksəriyyətinin (60%) etibar etdiyi yeganə beynəlxalq təşkilatdır. İnam faizi Gürcüstanda (69%), Ukraynada (66%), Moldovada (63%) , Ermənistanda (60%), Belarusda (45%) və Azərbaycanda (41%) təşkil edir.
İllik rəy sorğularının məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində vətəndaşların Avropa İttifaqı və onun tərəfdaş ölkələrlə əməkdaşlığı haqqında fikirlərini və məlumatlılıq dərəcəsini araşdırmaq və daha yaxşı anlamaqdır.
Sorğu 2020-ci ilin fevral və mart ayları arasında (COVID-19 böhranından əvvəl) keçirilmişdir (yerli qaydada) və hər ölkədən 1000 nəfərdən ibarət seçilmiş respondentlərlə üz-üzə müsahibələrə əsaslanır.
Ölkələr üzrə hesabatları və məlumat bülletenlərini aşağıdakı keçidlərdən əldə edə bilərsiniz:
Aİ ilə Şərqi tərəfdaş ölkələr arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında əlavə məlumat əldə etmək üçün müvafiq ölkənin adına klikləyin: Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, və Ukrayna.
Endir
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]