Rəy sorğusu Aİ-nin Azərbaycandakı nüfuzunun daha da artdığını göstərir
2024-cü ildə Azərbaycanda həyata keçirilən illik rəy sorğusunun nəticələrinə əsasən, Azərbaycan vətəndaşlarının əksəriyyəti (65%) Avropa İttifaqı (Aİ) haqqında müsbət fikirdədir. Bu, rəy sorğularının keçirilməyə başladığı 2016-cı ildən (həmin il rəyi sorğularının cəmi 27%-i Aİ haqqında müsbət fikirdə olub) bəri qeydə alınan ən yüksək göstəricidir. 2023-cü ildə isə bu göstərici 61% olmuşdur.
Ən son sorğu 2024-cü ilin mart ayında bütöv ölkə ərazisində 1 000 nəfərdən ibarət nümunə respondent arasında üz-üzə müsahibələr vasitəsilə həyata keçirilib. Bu rəy sorğuları 2016-cı ildən etibarən hər il Azərbaycanda və digər beş Şərq Tərəfdaşlığı ölkəsində “EU NEIGHBOURS east” proqramı tərəfindən aparılır.
Sorğu göstərir ki, Aİ Azərbaycanda ən çox etibar edilən beynəlxalq qurumdur. Respondentlərin 60%-i (keçən illə müqayisədə 16% artım) ona etibar etdiklərini qeyd ediblər.
Sorğuların ilk dəfə həyata keçirilməyə başladığı 2016-cı il ildə qeydə alınan 71% ilə müqayisədə Azərbaycan xalqının dörddə üçündən çoxu (77%) ölkəsinin Aİ ilə yaxşı əlaqələrə malik olduğunu düşünür.
İndi daha çox azərbaycanlı Aİ-nin öz ölkəsinə göstərdiyi maliyyə dəstəyindən xəbərdardır. Belə ki, keçən il qeydə alınan 40% və 2022-ci ildə qeydə alınan 30% ilə müqayisədə 2024-cü ildə 62% respondent Aİ-nin maliyyə dəstəyi haqqında məlumatlı olduğunu bildirib və onların 40%-i bu dəstəyin səmərəli olduğunu düşünür (2023-cü ildə 25% olmuşdur).
Sorğuda iştirak edənlərin yarıdan bir qədər çoxu (52%) Aİ-nin Azərbaycanda təhsilin dəstəklənməsində daha çox rol oynamasını, 36%-i iqtisadi inkişaf və ticarət, 32%-i isə səhiyyə sektoruna diqqətin artırılmasını istəyir.
Rəyi soruşulanların üçdə ikisindən çoxu (65%) dezinformasiyanın milli təhlükəsizliyə təhdid olması ilə bağlı razılaşır.
Daha çox öyrən
2024-cü il üzrə Azərbaycanda illik rəy sorğusu – məlumat bülleteni
2024-cü il üzrə Azərbaycanda illik rəy sorğusu – ölkə üzrə hesabat
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]