Aİ tərəfindən maliyyələşdirilən proqram Şərq Tərəfdaşlığı ölkələrində gender stereotiplərini aradan qaldırmaqla qadınların iqtisadi səlahiyyətlərinin artırılmasını təşviq edir
Qadınların iqtisadi səlahiyyətlərinin artırılması onların hüquqlarının və gender bərabərliyinin təşviqi üçün çox vacibdir. Bunun mərkəzində maliyyə müstəqilliyi ilə yanaşı, şəxsi inkişaf və nailiyyətlərə təkan verən məşğulluq da dayanır.
“Analıq cəzası” və onun qadınların karyerasına təsiri
Gender bərabərliyi sahəsində əhəmiyyətli irəliləyişlərə baxmayaraq, Avropa və Mərkəzi Asiyada işçi qüvvəsində iştirak ilə bağlı əhəmiyyətli dərəcədə gender bərabərsizliyi qalmaqdadır. Dünya Bankının məlumatına görə, məşğulluq səviyyəsində kişilərin üçün 66,4% ilə müqayisədə, qadınların məşğulluq səviyyəsi 51,5 faiz təşkil edir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına əsasən, qadınların əmək fəaliyyətində iştirakına mane olan əsas amillərə ayrı-seçkilikçi gender rolları, ödənişsiz məişət işləri və ailə üzvlərinə qulluq işlərinin yükü, inkişaf etməkdə olan ölkələrdə təhlükəsiz və əlçatan nəqliyyatın olmaması və əlverişli qayğı xidmətlərinin olmaması daxildir.

Bunun nəticəsində azı bir altı yaşınadək uşağı olan qadınlar tez-tez “analıq cəzası” ilə üzləşirlər. Bu o deməkdir ki, uşaq sahibi olmaq və ona qulluq etmək qadınların karyerasına qeyri-mütənasib şəkildə təsir edir, bu da onların kişilərə nisbətən daha çox iş yerini tərk etməyə və ya övladlarına qulluqla bağlı öhdəlikləri yerinə yetirmək üçün iş saatlarını azaltmağa məcbur edir. Nəticədə qadınlar kişilərlə müqayisədə daha az gəlir əldə edir və məhdud karyera imkanları ilə üzləşirlər. BƏT-nin məlumatına görə, “analıq cəzası” qlobal əmək bazarında iştirak fərqini daha da gücləndirir və qadınlar üçün 53,1% olmaqla, kişilər üçün isə 95,7%-ə qədər yüksək olaraq qalır.
İşçi qüvvəsində qadınların roluna münasibətin müəyyən dərəcədə dəyişməsi müşahidə olunsa da, onların əmək bazarına çıxışı və karyeralarının inkişafı ilə bağlı gender normaları və stereotiplərə əsaslanan maneələr qalmaqdadır. Şərq Tərəfdaşlığı ölkələrində gender normaları və stereotipləri üzrə ilkin tədqiqat göstərir ki, həm qadınlar, həm də kişilər əmək bazarında iştiraka və layiqli işə çıxışa dəyər versələr də, regionda geniş yayılmış “yaxşı ana” stereotipləri qadınları uşaqlarının məktəbəqədər təhsil dövrünə qədər evdə qalmağa məcbur edir və onların işçi qüvvəsində iştirakını məhdudlaşdırır. Ailə üzvlərinə qulluq vəzifəsi ilə bağlı gender stereotiplərini aradan qaldırmağa kömək edən və qadınların iş qüvvəsində iştirakını və ataların evdə iştirakını dəstəkləyən dəstək sistemləri və siyasətlər məhdud saydadır. Regionda atalıq məzuniyyəti, sərbəst valideyn məzuniyyəti və məzuniyyətin bölüşdürülməsi tədbirləri mövcud deyil və ya qeyri-adekvat olaraq qalır.
Qadınların iqtisadi müstəqilliyi üçün hüquq və imkanlarının artırılması
Qadınların iqtisadi müstəqilliyinin təşviqi məqsədilə ayrı-seçkilik yaradan gender norma və stereotiplərinin aradan qaldırılması “Aİ Gender Bərabərliyi Naminə: “Gender stereotipləri və genderə əsaslanan zorakılığa qarşı birgə mübarizə” (“EU 4 Gender Equality”) proqramının məqsədlərindən biridir. 2020-ci ildən etibarən Aİ tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üçün İnkişaf Fondu və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada birgə həyata keçirilən bu təşəbbüs gender bərabərliyini və qadınların səlahiyyətlərinin artırılmasını təşviq edən mesajlarla artıq 41 milyondan çox insanı əhatə edib.
Bu proqram stereotiplərin tamamilə aradan qaldırılmasına çalışır və Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (STEM) sahələri daxil olmaqla qadınların karyera imkanlarını genişləndirməklə onları iqtisadi cəhətdən gücləndirir. Ukraynada 500-dən artıq qadın ukraynalı qadınların informasiya texnologiyaları və yaradıcı sənaye sahələrində iş tapmalarına dəstək olmaq üçün yaradılmış “Ol/Be” kursunda iştirak edib. Proqramın iştirakçılarından biri olan Nina Çerlenuk “nə vaxtsa müharibəyə görə işə qayıda bilməyəcəyini heç vaxt ağlına gətirmədiyini” bildirir. “Bu vəziyyətdə mənə məhz belə bir kursda iştirak lazım idi”. Proqram Nina kimi qadınları texnologiya, dizayn, proqramlaşdırma, proqram təminatının hazırlanması və sınaqdan keçirilməsi sahələrində iş tapmağa dəstək verən mentor və ekspertlərlə təmin edib.
Azərbaycanda isə 25 qadın “EU 4 Gender Equality” proqramı çərçivəsində biznesin idarə edilməsi və maliyyə savadlılığı üzrə təlimlərdə iştirak etdikdən sonra biznes sahəsində əhəmiyyətli dərəcədə inkişaf edə biliblər.

“Mən inanıram ki, qadının rolu təkcə ev, müəllim və ya tibb bacısı olmaqla məhdudlaşmır. Qadınlar hər sahədə uğur qazana bilərlər. Sadəcə onlara uyğun olanı tapmalıdırlar. Qadınlar ailələrinin gəlirinə və cəmiyyətə bərabər şəkildə töhfə verə bilərlər. Köhnə stereotiplər aradan qaldırılmalıdır”, – Azərbaycanlı iştirakçı Roza Salmanova təlimlə bağlı təəssüratlarını bölüşüb.
Müsbət dəyişiklik üçün katalizator kimi kişilərin iştirakının artırılması
Kişilərin ödənişsiz məişət və uşaqlara qulluq işlərində fəal iştirakı qadınlara ödənişli işlərin axtarılması və belə işlərə başlaması barədə məlumatlı seçim etmək imkanları yaradır. “EU 4 Gender Equality” proqramı çərçivəsində kişiləri valideynlik borcunu yerinə yetirməyə cəlb etmək və ailədə ortaq məsuliyyətlərin təşviqi məqsədilə Atalar məktəbləri layihəsinin icrasına başlanıb.
Qiymətləndirmələr göstərir ki, proqramın birinci mərhələsində “Atalar məktəblərində” oxuyan ataların gender bərabərliyinə münasibətində müsbət dəyişiklik əldə edilmişdir. Onlar böyük ehtimalla həm kişilər, həm də qadınlar üçün bərabər hüquq və imkanların olmasını dəstəkləyəcəklər. Məktəb iştirakçılarının həmçinin qadınların və kişilərin ailəni təmin etmək və ev təsərrüfatlarını idarə etmək üçün bərabər məsuliyyət daşıdıqlarına inanma ehtimalı daha yüksəkdir.
“Atalar məktəbi mənə atalığın ailəyə maddi töhfə verməklə yanaşı, övladları ilə daha çox keyfiyyətli vaxt keçirməkdən ibarət olduğunu anlamaqda kömək etdi”, – Azərbaycanlı iştirakçı Elvin Hasilov deyir. Atalar məktəbinin fəaliyyətlərində iştirak etdikdən sonra o, həyat yoldaşının karyera imkanlarını dəstəkləmək qərarına gəlib. O, ev və uşağa qulluq işlərini öz üzərinə götürüb, bu da həyat yoldaşına orta məktəb müəllimi olmaq üçün imtahanlara hazırlaşmağa imkan verib. “Deməyə ehtiyac yoxdur, o, 60 baldan 54 bal topladı və istədiyi işə girə bildi”, – Elvin qeyd edib.
“EU 4 Gender Equality” proqramının ikinci mərhələsində diqqət zərərli stereotiplərin dəyişdirilməsinə, gender bərabərliyinin təşviqinə və qadınların iqtisadi səlahiyyətlərinin artırılmasına yönəlib. Davamlı təbliğat, maarifləndirmə və ictimaiyyətin iştirakı vasitəsilə proqram həm qadınların, həm də kişilərin həyatın bütün sahələrində öz potensiallarını reallaşdıra biləcəkləri daha inklüziv cəmiyyət yaratmaq məqsədi daşıyır.
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]