Skip to main content
14 iyuladək Polşada keçiriləcək “Ukrayna ilə həmrəylik” adlı tədbirdə iştirak üçün müraciət edin
İyul 4, 2024

14 iyuladək Polşada keçiriləcək “Ukrayna ilə həmrəylik” adlı tədbirdə iştirak üçün müraciət edin


SALTO Şərqi Avropa və Qafqaz (SALTO Resurs Mərkəzi) və Polşanın “Təhsil Sisteminin İnkişafı Fondu” Milli Agentliyi gənclər təşkilatlarının işçilərini və rəhbərlərini 10-13 sentyabr tarixlərində Polşanın Lüblin şəhərində keçiriləcək “Ukrayna ilə həmrəylik” tədbirində iştirak etməyə dəvət edir. 

Üç gün davam edəcək beynəlxalq tədbir Erasmus+/ESC proqramına qoşulan ölkələrdən və Ukraynadan olan altmış iştirakçını bir araya gətirəcək. 

“Ukrayna ilə həmrəylik” adlı tədbirdə Rusiyanın Ukraynaya hərbi təcavüzü zamanı Ukrayna gənclər təşkilatları ilə gənclərin beynəlxalq əməkdaşlığı ilə bağlı aktual məsələlər müzakirə olunacaq. İştirakçılar Ukrayna ilə gənclərin beynəlxalq əməkdaşlığı sahəsində təcrübə mübadiləsi aparacaq və müharibə zamanı psixoloji travma alan gənclərlə iş qaydasını müzakirə edəcəklər. Onlar həmçinin qaçqın həyatı yaşamış gənclərlə işləyən sektora və gənclər təşkilatlarının nümayəndələrinə dəstək verməyi nəzərdən keçirəcəklər.

Ərizə ilə müraciət üçün son tarix iyul ayının 14-dür.

Təşkilatçılar gecələmə və qidalanma ilə bağlı xərcləri tam, iştirak və yol xərclərini müəyyən qədər qarşılayırlar. Ukraynadan olan iştirakçılar iştirak haqqından azaddır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

İyul 14, 2024


ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,