2025-ci il üzrə ŞT Vətəndaş Cəmiyyəti Təqaüdləri üçün müraciət edin!
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı 2025-ci il üzrə Aİ tərəfindən maliyyələşdirilən təqaüd proqramları üçün ilk ərizə qəbuluna başlayıb. Ərizə qəbulu ətraf mühit və iqlim dəyişikliyi mövzularına həsr olunub.
Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) bütün vətəndaşları hazırda harada olmalarından asılı olmayaraq ərizə qəbulunda iştirak edə bilərlər. Müraciət edənlərin yaşı 18-dən çox olmalı, İngilis dilini yaxşı səviyyədə bilməli və ictimaiyyətin iştirakı və vətəndaş cəmiyyəti üçün texnoloji həllər sahəsində təqaüd layihəsi ideyasına malik olmalıdırlar.
Bu müsabiqə iki növ təqaüd təklif edir: Ümumi təqaüdlər və Rəqəmsal təqaüdlər (xüsusi olaraq cəmiyyətə fayda vermək üçün texnologiyadan istifadə edən İT mütəxəssisləri üçün nəzərdə tutulub).
Seçilmiş namizədlər fərdi təlimlərə cəlb olunacaq və layihələrinin həyata keçirilməsi üçün 5 000 avro vəsait alacaqlar. Onlar həmçinin ŞT Vətəndaş Cəmiyyəti Təqaüd Proqramının məzunlar şəbəkəsinə üzv olmaq imkanı qazanacaqlar.
Müraciət üçün son tarix 30 dekabrdır.
Dekabrın 10-da Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı potensial ərizəçilər üçün məlumat sessiyası təşkil edəcək. Vebinarda iştirak etmək üçün buradan qeydiyyatdan keçin.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]