Aİ və BMT-nin Əhali Fondu Azərbaycanda atalar üçün “Əziz qızım” adlı müsabiqə elan edib
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi (Aİ) Azərbaycanlı qız atalarını “Əziz qızım” adlı müsabiqədə iştirak etməyə dəvət edir.
Müsabiqə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) tərəfindən Aİ-nin “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilir.
Müsabiqədə iştirak etmək üçün qız ataları UNFPA Azerbaijan-ın Facebook səhifəsindəki paylaşımın altındakı şərh bölməsində “Əziz qızım” sözləri ilə başlayan məktub yazmalıdır. Bu məktublarda atalar qızlarına arzularını, onunla bağlı hiss və duyğularını paylaşa bilərlər. Ən yaxşı məktub müəllifləri hədiyyələr qazanacaq.
Son tarix 17 aprel, saat 12:00-dır.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]