Avropa Demokratiyaya Yardım Fondunda bir illik təcrübə proqramı
Brüsseldə yerləşən Avropa Demokratiyaya Yardım Fondu (EED) 2024-cü ilin payız aylarından etibarən on iki aylıq qrant dəstəyi təqaüdü (Şərq Tərəfdaşlığı regionu) çərçivəsində təcrübə proqramı üçün ərizələrin qəbuluna başlayıb.
Təcrübə proqramı iştirakçısı standart müqavilə sənədlərinin hazırlanmasında, maliyyə hesabatlarının (əsasən rus və ingilis dillərində) nəzərdən keçirilməsində və digər inzibati tapşırıqlarda, qısa mətnlərin rus dilindən ingilis dilinə və əksinə tərcüməsində, məlumat bazalarının yenilənməsi və arxivlərin qaydada saxlanılmasında köməklik göstərəcək.
Ərizə qəbulunda universiteti bitirməsindən 24 aydan çox vaxt keçməyən və ya hazırda üçüncü (Aİ-yə üzv olmayan olmayan) ölkədə universitetdə təhsil alan və ya hal-hazırda Belçika universitetində təhsil alan və Belçikada əmək bazarına məhdudiyyətsiz giriş imkanı verən Əlavə 15 və ya Rezident A kartına malik olan Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları iştirak edə bilər.
Namizədlər qrantların ayrılması dövrü ilə tanış olmalı və ingilis və rus dillərini bilməlidir (Ukrayna və/və ya gürcü dilini bilənlərə üstünlük veriləcək).
Gözlənilən aylıq məvacib təxminən 1 900 avro təşkil edir. Qidalanma və Brüsseldə ictimai nəqliyyat üçün xərclər də qarşılanacaq.
Ərizə ilə müraciət üçün son tarix avqust ayının 18-dir.
Avropa Demokratiyaya Yardım Fondu (EED) 2013-cü ildə Avropa İttifaqı (Aİ) və Aİ-yə üzv dövlətlər tərəfindən müstəqil Beynəlxalq Etimad Fondu qismində yaradılan və Avropa Qonşuluq (Şərq Tərəfdaşlığı – ŞT, Orta Şərq və Şimali Afrika – MENA), Qərbi Balkanlar və onun hüdudlarından kənarda demokratiyanın inkişafına dəstək verən, qrantlar ayıran müstəqil təşkilatdır.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]