Avropa Həmrəylik Korpusu: Bolqarıstanda fiziki məhdudiyyətli şəxslərlə altı aylıq könüllülük proqramı
Bolqarıstanın Kazanlak şəhərində yerləşən “Oswobojdenie-1884” adlı icma mərkəzi 2024-cü il aprelin 1-dən sentyabrın 30-dək 18-30 yaş arası gəncləri mərkəzin fəaliyyətlərində iştirak etməyə dəvət edir.
Könüllülük proqramında Azərbaycan, Ermənistan, Gürcüstan və Ukrayna vətəndaşları iştirak edə bilər.
Fəaliyyətlərin çox hissəsi sağlamlıq imkanları məhdud uşaq və gənclərə, eləcə də yaşlı şəxslərə yardım göstərməkdən ibarətdir. Fəaliyyətlərin digər hissəsi yerli əhali üçün festivallar, uşaqlar üçün tədbirlər, sərgilər və s. təşkil etmək üçün bolqar xalqının adət və ənənələrinin öyrənilməsinə həsr olunacaq.
Könüllülərin yerləşdirilməsi ödənişsiz olacaq. Nəqliyyat xərcləri isə onların Bolqarıstana gəlişindən sonra ödəniləcək. Könüllülərə hər ay cib pulu olaraq 150 avro, yemək üçün isə 200 avro veriləcək.
Könüllülər bolqar dilini öyrənmək və bolqar folklorunu kəşf etmək imkanı qazanacaq.
Müraciət etmək üçün konkret tarix yoxdur, lakin nə qədər tez müraciət etsəniz, şansınız bir o qədər yüksək olar.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]