Skip to main content
Avropa Komissiyası doktorantura proqramlarına 434,8 milyon avro ayıracaq
İyun 1, 2023

Avropa Komissiyası doktorantura proqramlarına 434,8 milyon avro ayıracaq


Avropa Komissiyası Mariya Skladovskaya-Küri (MSCA) adına Doktorantura Şəbəkələri çərçivəsində layihələrin qəbuluna başlayıb. Qəbulda elmin bütün istiqamətləri üzrə 130-dan çox doktorantura proqramının, həmçinin 1600 doktorantın hazırlanması və ixtisasartırma işlərinin maliyyələşdirilməsi gözlənilir.

Ümumilikdə 434,8 milyon avro maliyyə vəsaitinin universitetlər, elmi-tədqiqat institutları və tədqiqat infrastrukturları, KOB-lar daxil olmaqla, sahibkarlıq müəssisələri və Avropanın hər yerindən və onun hüdudlarından kənarda olan digər sosial-iqtisadi sahədə fəaliyyət göstərən qurumlar arasında tərəfdaşlıq vasitəsilə doktorantura proqramlarını maliyyələşdirilməsinə ayrılacaq.

Hər biri fərqli Aİ-yə üzv ölkədə və ya “Horizon Europe” proqramına qoşulmuş ölkədə (Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) yaradılmış üç müstəqil hüquqi şəxsin beynəlxalq konsorsiumları layihə təkliflərini göndərə bilər. Konsorsiumlara dünyanın istənilən ölkəsindən digər təşkilatlar da qoşula bilər.

Bu doktorantura proqramları elmi-tədqiqatın müxtəlif sahələrində ehtiyaclara cavab verməklə tədqiqatçıları akademik və qeyri-akademik sektorlara təqdim edəcək, o cümlədən innovasiya və uzunmüddətli məşğulluq (məs, sahibkarlıq, nəticələrin kommersiyalaşdırılması, əqli mülkiyyət hüquqları) üzrə lazımi tədqiqatlarla əlaqəli, eləcə də ötürülə bilən bacarıq və səriştələr sahəsində təlimlər təklif edəcək.

Ərizələrin son qəbulu tarixi 28 noyabr 2023-cü ildir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Oktyabr 28, 2023


ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,