Avropa Mədəniyyət Məkanları təşəbbüsü layihə təklifləri qəbul edir
Avropa Komissiyası tərəfindən birgə maliyyələşdirilən Avropa Mədəniyyət Məkanları təşəbbüsü Aİ mədəniyyət üzrə milli institutlarının (EUNIC) üzvləri, Aİ və Aİ-dən kənarda fəaliyyət göstərən yerli tərəfdaşları cəlb etməklə, Aİ-yə üzv olmayan ölkələrdə mədəni əlaqələrdə əməkdaşlıq üçün yeni innovativ ideyalar axtarışındadır.
Layihə təklifləri qəbulunun məqsədi Aİ-nin beynəlxalq mədəni əlaqələr sahəsində siyasətinin inkişafına töhfə verə biləcək yeni mədəni əlaqələr üzrə layihələr üçün ideyalar tapmaqdır.
Bütün təkliflər tərəfdaşlar qrupu tərəfindən təqdim edilməlidir, yəni azı üç EUNIC üzvü, üç yerli tərəfdaş və Aİ Nümayəndəliyi layihədə fəal iştirak etməlidir.
Təklif olunan layihələr 1 iyun 2024-cü il və 31 oktyabr 2025-ci il tarixləri arasında həyata keçirilməlidir.
Layihələrin hər birinə maksimum 60 000 avroya qədər qrantların verilməsi nəzərdə tutulub. Tərəfdaşlardan və ya hər hansı üçüncü tərəfdən birgə maliyyələşdirmə tələb olunmur, lakin arzuolunandır.
Layihə təkliflərinin son qəbulu tarixi 17 dekabr 2023-cü ildir. Layihələrlə bağlı yekun planlar 2024-cü ilin aprel ayına qədər təqdim olunmalıdır.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]