Skip to main content
Avropa Rəqəmsal Bacarıqlar Mükafatı 2025 – iyulun 15-dək müraciət edin
İyun 13, 2025

Avropa Rəqəmsal Bacarıqlar Mükafatı 2025 – iyulun 15-dək müraciət edin


Aİ tərəfindən maliyyələşdirilən Rəqəmsal bacarıqlar və məşğulluq platforması 2025-ci il üzrə Rəqəmsal Bacarıqlar Mükafatı üçün layihə və təşəbbüslərin qəbuluna başlayıb.

2025-ci il üzrə mükafat beş kateqoriya üzrə təqdim olunacaq: 

  • İş yerində rəqəmsal texnologiyalar sahəsində bacarıqların təkmilləşdirilməsi: müxtəlif sektorlarda və KOB-larda işçi qüvvəsinin rəqəmsal texnologiyalar sahəsində bacarıqlarının artırılması və yenidən ixtisaslaşmasına yönəlmiş və bütün səviyyələrdə İKT mütəxəssislərinin məşğulluğuna şərait yaradan təşəbbüslər.
  • Təhsil üzrə rəqəmsal bacarıqlar: xüsusilə müəllimlər və/və ya tələbələr, peşə məktəbləri və məktəb rəhbərləri üçün rəqəmsal texnologiyalar sahəsində yenidən ixtisaslaşmanı nəzərdə tutan layihələr. 
  • Rəqəmsallaşan dünyaya inteqrasiya
  1. Etnik azlıqlar, miqrantlar, əlillər, təcrid olunmuş yaşlı insanlar və uşaqlar, ucqar regionlarda yaşayan və yüksək risk qrupuna aid şəxslər daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, yoxsulluq, sosial təcrid, ayrı-seçkilik və zorakılıq riski altında olan qruplar üçün rəqəmsal texnologiyalar sahəsində təlim və media sahəsində savadlılığa imkan yaradan təşəbbüslər;
  2. Rəqəmsal əlçatanlıq üzrə bacarıqların inkişafına yönəlmiş təşəbbüslər.  
  • İKT sektorunda çalışan qadınlar: işçi qüvvəsində qadınların rəqəmsal texnologiyalar sahəsində yenidən ixtisaslaşması üzrə imkanların təqdim olunması və gənc qızların İKT sahəsində karyera qurmağa həvəsləndirilməsi ilə İKT sahəsində qadınların sayının artırılmasına yönəlmiş layihələr.
  • Kibertəhlükəsizlik üzrə bacarıqlar: Vətəndaşların və KOB-ların kibertəhlükəsizlik üzrə bacarıqlarının inkişafı üçün işlənib hazırlanmışdır.  

Mükafatı almaq üçün dövlət və qeyri-dövlət müəssisələri, təhsil ocaqları, yerli təşəbbüslər və ya Aİ tərəfindən maliyyələşdirilən layihə konsorsiumları müraciət edə bilər. Hal-hazırda icra olunan və məqsədinin azı yarısına çatan layihə və ya təşəbbüs və ya icrası 2024-cü ilin yanvar ayından sonra tamamlanan layihələr təqdim oluna bilər. Layihə və ya təşəbbüs azı bir Aİ-yə üzv ölkədə icra olunmalıdır. Aİ-yə üzv olmayan ölkələrdə həyata keçirilən layihələri də təqdim etmək olar, amma onların Aİ-yə üzv ölkədəki təsiri nümayiş etdirilməlidir.

Müraciət üçün son tarix iyul ayının 15-dir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

İyul 15, 2025


ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,