Azərbaycan: 8-10 avqust tarixlərində keçiriləcək “EuroSchool” üçün müraciət edin
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi bu il 8-10 avqust tarixlərində Azərbaycanın rayonlarından birində keçiriləcək “EuroSchool” (Avropa Məktəbi) adlı yay məktəbində iştirak etmək istəyən şəxslərin ərizələrinin qəbuluna başlayıb. İştirakçılar Avropa İttifaqı (Aİ), onun tarixi, fundamental prinsip və dəyərləri haqqında daha ətraflı öyrənmək, enerji və ətraf mühitlə bağlı məsələlər, dezinformasiya ilə mübarizə və feyk xəbərlər, Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı təşəbbüsü və Aİ-Azərbaycan əlaqələri barədə interaktiv mühitdə məlumat ala biləcəklər.
Avropa və Azərbaycandan olan Gənc Avropa səfirləri (YEAs) Aİ-nin Avropa və Şərq Tərəfdaşlığı ölkələrindəki gənclərin inkişafındakı rolu, təhsil sahəsi daxil olmaqla region gəncləri üçün imkanlar, eləcə də milli və regional gənclər təşkilatları ilə bağlı müzakirələrə rəhbərlik edəcəklər.
Bakıdan məktəbin keçiriləcəyi məkana və geriyə gediş haqqı, qidalanma və yaşayış yeri (iki nəfərlik otaqlar) ilə bağlı xərclər Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən ödəniləcək.
Məktəbdə iştirak üçün ingilis dilində sərbəst danışan, beynəlxalq əlaqələr, Avropa İttifaqı, siyasi elmlər, beynəlxalq ticarət, təhsil və ya enerji sahəsi ilə maraqlanan 18-25 yaş arası azərbaycanlı universitet tələbələri və ya məzunlar ərizə ilə müraciət edə bilərlər.
İştirakçılar “EuroSchool” başlayan tarixdən sona qədər iştirak etməlidirlər.
Ərizələrin son qəbulu tarixi 29 iyundur.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]