Skip to main content
Azərbaycan: yaşıl dövlət investisiya proqramlarının hazırlanması və icrasına dair təlim seminarı keçiriləcək 
Fevral 16, 2022

Azərbaycan: yaşıl dövlət investisiya proqramlarının hazırlanması və icrasına dair təlim seminarı keçiriləcək 


Fevralın 25-də EU4Environment proqramı Azərbaycanda yaşıl dövlət investisiya proqramlarının hazırlanması və icrasına dair təlim seminarı keçirəcək.

Layihədə diqqət ölkənin su sektorundakı milli məqsədlərinə nail olmağa yönələrək ətraf mühitin mühafizəsi üzrə dövlət xərclərinin daha yaxşı idarə edilməsi üçün dövlət qurumlarının imkanlarını təkmilləşdirmək üçün texniki yardım göstərilir.

Təklif olunan investisiya tədbirləri keyfiyyətli su təchizatının azalması problemini həll etməyə yönəlmişdir. Təlim iyirmi iştirakçı üçün nəzərdə tutulub. Təlimdə müxtəlif nazirliklərin, idarələrin, eləcə də yerli hökumətlərin və QHT-lərin dövlət qulluqçuları iştirak edə bilər. İştirakçıların su sektorunda ətraf mühitin mühafizəsi üzrə dövlət proqramlarının hazırlanması  və idarə edilməsində təcrübəyə malik olması arzuolunandır. Sessiya zamanı ingiliscə-azərbaycanca sinxron tərcümə də həyata keçiriləcək.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Qeydiyyat

BAĞLANIŞ TARİXİ:

Fevral 25, 2022


ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,