Blue Book 2026: Avropa Komissiyasında beş aylıq təcrübə proqramlarında iştirak üçün müraciət edin
2026-ci ilin mart ayında başlayacaq təcrübə proqramlarına artıq qeydiyyat başlanıb.
Blue Book təcrübə proqramı Avropa Komissiyası tərəfindən təşkil olunan beş aylıq ödənişli təcrübə proqramıdır. O, dünyanın hər yerindən olan gənc məzunları Aİ siyasətinin formalaşması və idarə edilməsi sahəsində praktiki təcrübə ilə təmin edir.
2026-ci ilin mart ayında başlayacaq sessiya beş ay davam edəcək və ərizə ilə müraciət edən şəxslərə Brüssel, Lüksemburq və Aİ-nin 27 üzv dövlətindəki milli ofisləri daxil olmaqla, Avropa Komissiyasının bir çox departament, xidmət və agentliklərində mövcud təxminən 1000-ə yaxın vəzifəyə müraciət etmək imkanı verəcək.
Bütün Aİ ölkələrinin vətəndaşları seçim kriteriyalarına uyğundur və məhdud sayda vəzifələr Şərq Tərəfdaşlığı ölkələrindən olan şəxslər daxil olmaqla, Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları üçün nəzərdə tutulub.
Təcrübə proqramı iki forması var: Tərcümə üzrə Baş Direktoratına (DGT) daxil olan inzibati və tərcüməçi üzrə təcrübə proqramları. Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzində tədqiqat üzrə təcrübə proqramları da mövcuddur.
Potensial namizədlər bakalavr dərəcəsi və ya ona bərabər dərəcəyə malik olmalı, Aİ təsisatlarında altı həftədən çox olmayan hər hansı iş təcrübəsinə malik olmamalı və ən azı iki Aİ ölkəsinin dilində sərbəst danışmalı və onlardan biri ingilis, fransız və ya alman dili olmalıdır.
Təcrübə proqramı iştirakçılarında Avropaya dair məsələlər ilə bağlı geniş dünya görüşünə malik olmaq, Avropa Komissiyasının fəaliyyətinə maraq göstərmək, fəal yanaşma və multikultural mühitdə işləmək istəyinin olması arzuolunandır.
Seçilmiş şəxslər yaşayış xərclərini ödəmək üçün 1,493.36 avro qrant alacaqlar, lakin öz təşəbbüsləri ilə yaşayış yerlərini təşkil etmələri tələb olunacaq.
Təcrübəçinin gündəlik işi görüşlərdə, iş qruplarında və ictimai dinləmələrdə iştirak etmək və onları təşkil etmək, sənədləri araşdırmaq, vətəndaşların sorğularına cavab vermək və layihənin idarə edilməsini dəstəkləmək daxil olmaqla, müxtəlif tapşırıqlar toplusundan ibarətdir.
Ərizələrin son qəbulu tarixi 29 avqust 2025-cü ildir.
Müraciət prosesi Avropa Komissiyasının Autentifikasiya Xidməti (Aİ logini) vasitəsilə həyata keçiriləcək və müraciət edən şəxslər burada qeydiyyatdan keçməlidirlər.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]