Brüsseldə ŞT Vətəndaş Cəmiyyəti Forumunun komandasına qoşulmaq imkanını qaçırmayın
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu 18 Sentyabr 2023-cü il (və ya daha əvvəl) tarixindən Brüsseldə yerləşən ŞT VCF Katibliyində çalışan komandada 8 ay ərzində işləyəcək şəxs axtarır.
Seçilmiş şəxslər Forumun əsas layihəsi olan ŞT İndeksi ilə bağlı siyasət və vəkillik, təkrar qrantların ayrılması və layihələrin idarə edilməsi üzrə işlərdə katibliyə dəstək verəcək.
Namizəd Aİ və Şərq Tərəfdaşlığının fəaliyyəti, eləcə də vətəndaş cəmiyyətinin ŞT-də iştirakı barədə məlumatlı olmalı, Avropaşünaslıq, beynəlxalq münasibətlər, politologiya və ya digər əlaqəli ixtisas üzrə universitet məzunu olmalı və ingilis dilini mükəmməl bilməlidir. Hər hansı Şərq Tərəfdaşlığı ölkəsinin dili, xüsusən də rus dilini bilmək arzuolunandır.
Ərizə ilə müraciət üçün son tarix avqust ayının 20-dir.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]