Skip to main content
Doktorantura və doktorantura sonrası tədqiqat proqramlarının birgə maliyyələşdirilməsi üçün 101,8 milyon avro ayrılıb
Yanvar 31, 2025

Doktorantura və doktorantura sonrası tədqiqat proqramlarının birgə maliyyələşdirilməsi üçün 101,8 milyon avro ayrılıb


Mariya Skladovskaya-Küri təqaüd proqramının (MSCA) təşəbbüsü ilə 2024-cü il üzrə regional, milli və beynəlxalq proqramların birgə maliyyələşdirilməsi (COFUND) üçün ərizə qəbuluna başlanıb. 

Avropa Komissiyası bu ərizə qəbulu çərçivəsində elmi tədqiqatçılar üçün institusional, regional, milli və beynəlxalq təlim və karyera inkişafı proqramlarının dəstəklənməsi üçün 101,8 milyon avro maliyyə vəsaiti ayıracaq. 

COFUND xərclərinin əhəmiyyətli hissəsinin birgə maliyyələşdirilməsi ilə təşkilatlara elmi tədqiqatçıları və beynəlxalq istedadlı şəxsləri cəlb etmək üçün yeni doktorantura və doktorantura sonrası tədqiqat proqramları yaratmağa və ya mövcud proqramları gücləndirməyə imkan verir.  

Aİ-yə üzv ölkədə fəaliyyət göstərən bir təşkilat və ya Ermənistan, Gürcüstan, MoldovaUkrayna daxil olmaqla Horizon Europe proqramına qoşulmuş ölkələr müraciət edə bilər. 

Dövlət qurumları, regional dövlət orqanları, maliyyə qurumları, universitetlər, tədqiqat təşkilatları və müəssisələr kimi əlavə layihə tərəfdaşları elmi tədqiqatçıları işə götürmək (icraçı tərəfdaşlar) və ya təcrübə keçmək və təlim təmin etmək (qoşulmuş tərəfdaşlar) üçün layihəyə daxil edilə bilər. İcraçı tərəfdaşlar Horizon Europe proqramına qoşulmuş ölkədə və ya aşağı və orta gəlirli üçüncü ölkələrdə (AzərbaycanBelarus daxil olmaqla) yaradıla bilər. Qoşulmuş tərəfdaşlar isə istənilən digər ölkədən ola bilər. 

Layihə təkliflərinin son qəbulu tarixi 24 iyun 2025-ci ildir. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Horizon Europe proqramı üzrə bələdçi

BAĞLANIŞ TARİXİ:

İyun 24, 2025


ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,