“Enerji İcması Yay Məktəbi 2024” üçün ərizə qəbuluna başlandı – Şərq Tərəfdaşlığı ölkələri üçün ödənişsizdir
“Enerji İcması Yay Məktəbi” üçün 2024-cü il üzrə ərizələrin qəbuluna başlanıb.
Yay Məktəbi bərpa olunan enerji mənbələrinə keçid haqqında biliklərini dərinləşdirmək və bu sektorun gələcəyinin formalaşdırılmasında fəal iştirak etmək istəyən doktorantura və gənc mütəxəssislər üçün nəzərdə tutulub.
Proqramda energetika sektoruna aid müxtəlif mövzular əhatə olunub. Daha ətraflı məlumat tezliklə ictimaiyyətə açıqlanacaq.
Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna vətəndaşları Yay məktəbində pulsuz iştirak edə biləcəklər.
Bu il Yay məktəbinin 20-27 iyul 2024-cü il tarixlərində Kişinyovda yerləşən Moldova Texniki Universitetində keçirilməsi planlaşdırılır.
Enerji İcması Yay Məktəbi aşağıdakı şəxslərdən ərizə qəbul edəcək:
- Doktorantura tələbələri: energetika sahəsinə aid mövzularda biliklərini dərinləşdirmək istəyən magistratura tələbələri və ya elmlər namizədləri.
- Tədqiqatçılar: energetika ilə əlaqədar müxtəlif sahələri təmsil edən fərdi şəxslər.
- Gənc mütəxəssislər: dövlət orqanlarında, şirkətlərdə, analitik mərkəzlərdə, QHT və digər müvafiq energetika sektorlarında çalışanlar.
Ərizələrin təqdim olunması üçün son tarix martın 31-dir.
“Enerji İcması Yay Məktəbi 2024” Vişeqrad Fondu, Friedrich-Ebert-Stiftung – Dialoq Cənub-Şərqi Avropa (FES SOE), Albaniyanın Polis Universiteti və Moldovanın Texniki Universiteti ilə əməkdaşlıq çərçivəsində Enerji İcması Katibliyi tərəfindən təşkil olunur.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]