EU4Business: İspaniya tekstil sektoru ilə tanışlıq üzrə səfər – Şərq Tərəfdaşlığı ölkələri iştirak edə bilər
Aİ tərəfindən maliyyələşdirilən “EU4Business: Şirkətlərin əlaqələndirilməsi” layihəsi ŞT regionu ölkələrindən (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) hər hansı birində tekstil sektorunda fəaliyyət göstərən KOB-ları Aİ-yə beşgünlük səfər etməyə və biznes və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməyə dəvət edir.
Səfər 12-16 sentyabr 2024-cü il tarixlərində keçiriləcək MOMAD Madrid adlı beynəlxalq dəb sərgisi çərçivəsində təşkil olunur.
Səfər zamanı iştirakçılar sərgidə öz məhsullarını sərgiləyə, Aİ ölkələrində fəaliyyət göstərən KOB-larla B2B görüşlərdə iştirak edə və müvafiq yerli sahibkarlıq müəssisələrinə baş çəkə biləcəklər. İştirak etmək ödənişsizdir.
Müraciət üçün son tarix iyunun 16-dır.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]