EU4Culture paytaxt olmayan şəhərlərdə mədəniyyət işçiləri tərəfindən qrant layihələrinin qəbuluna başlayıb
Aİ tərəfindən maliyyələşdirilən EU4Culture layihəsi Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovadan olan və paytaxtdan kənarda yaşayan rəssamlar və mədəniyyət işçilərinə dəstək olmaq üçün növbəti yerdəyişmə üzrə qrant layihələrin qəbuluna başlayıb.
Məqsəd mədəniyyət xadimləri arasında mədəniyyətlərarası dialoqu və təcrübə mübadiləsini təşviq etməkdir. Layihə qəbulunda təcrübə proqramları, təhsil səfərləri, konfranslar, təkmilləşdirmə və başqa ölkədə həyata keçirilən digər təşəbbüslər dəstəklənəcək.
Bütün mədəniyyət sahələrini təmsil edən və adı çəkilən ölkələrdə paxtaxtdan kənarda yerləşən şəhərlərdə və ya ucqar rayonlarda yaşayan 18 yaşından yuxarı rəssamlar və ya mədəniyyət işçiləri layihələrini təqdim edə bilərlər.
Layihələrdə dörd növ yerdəyişmələr dəstəklənəcək:
- Qısamüddətli yerdəyişmələr (5-10 təqvim günü) – 1 500 avroya qədər
- Ortamüddətli yerdəyişmələr (5 həftəyə qədər) – 3 500 avroya qədər
- Uzunmüddətli yerdəyişmələr (12 həftəyə qədər) – 5 000 avroya qədər
- Virtual yerdəyişmələr (onlayn iştirak) – 1 000 avroya qədər
Seçilmiş yerdəyişmə üzrə layihələr Aİ-yə üzv dövlətlərdə, Aİ-nin tərəfdaş ölkələrində və digər Avropa ölkələrində iyun 15 noyabr 2023-cü il tarixindən 31 avgust 2024-cü il tarixinədək həyata keçirilə bilər.
EU4Culture Yerdəyişmə qrantları üçün müraciət edən ərizəçilər təklif etdikləri beynəlxalq yerdəyişmə üçün fəaliyyət planı və büdcə hazırlayaraq Goethe Application Portal (GAP) vasitəsilə təqdim etməlidirlər.
Ərizələrin təqdim olunması üçün son tarix: 25 sentyabr 2023-cü il, saat 18:00 (CET).
EU4Culture Şərq Tərəfdaşlığı ölkələrinin paytaxt olmayan şəhər və qəsəbələrinə xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dördillik layihədir. Layihə Höte İnstitutu (əsas tərəfdaş), Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu və “Institut Français de Géorgie” ilə birgə həyata keçirilir. İcra olunmağa başladıqdan etibarən EU4Culture layihəsi yerdəyişmə üzrə ümumilikdə üç qrant layihəsi qəbulu elan edib və 274 fərdi şəxsin layihəsini dəstəkləyib.
EU4Culture layihəsinin yerdəyişmə üzrə layihələri haqqında ətraflı öyrənmək istəyən şəxslər bu layihəyə həsr olunmuş xüsusi tədbir üçün qeydiyyatdan keçə bilərlər.
Daha çox öyrən:
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]