Skip to main content
EU4Dialogue Cənubi Qafqaz və Moldova üçün 4-cü Mədəni İdarəçilik Akademiyasına start verib
May 8, 2023

EU4Dialogue Cənubi Qafqaz və Moldova üçün 4-cü Mədəni İdarəçilik Akademiyasına start verib


Höte İnstitutu və Aİ tərəfindən maliyyələşdirilən EU4Dialogue layihəsi Cənubi Qafqaz və Moldovada kino sənayesində çalışan mədəniyyət işçilərini və mütəxəssisləri 4-cü Mədəni İdarəçilik Akademiyasında iştirak etməyə dəvət edir.

Akademiya MOLDOX Festival ilə birgə təşkil olunur və 18-27 iyun tarixlərində Moldovanın Cahul şəhərində keçiriləcək. 

Akademiyanın proqramına mühazirələr, seminarlar, interaktiv məşğələlər, kollektiv və fərdi sessiyalar və digər bacarıqların artırılması formatında tədbirlər daxildir. Hər bir iştirakçı həm öyrənən, həm də müəllim kimi iştirak etmək imkanı qazanaraq beynəlxalq təlimçilərdən öyrənəcək, yeni bacarıqlara yiyələnəcək və şəbəkə vasitəsilə ideyalarını paylaşa biləcək.

Sessiyalar mədəniyyət (əlaqələrin qurulması, icmtimaiyyətin cəlb olunması, münaqişə) ilə əlaqədar mövzular, eləcə də spesifik mövzuları (rəhbərlik yanaşmaları, liderlik strategiyaları, sahibkarlıq və maliyyələşdirmə) əhatə edir.

Akademiyada iştirakçıları layihə təkliflərini təqdim etməyə təşviq etmək üçün layihə inkubatoru fəaliyyət göstərəcək.

Təşkilatçılar iştirakçıların Cahulda qaldığı müddətdə yaşayış və gündə üç dəfə yemək, eləcə də yaşadığı şəhərdən Cahula qədər nəqliyyat xərclərini təmin edəcəklər.

Müraciətlərin təqdim olunması üçün son tarix 17 maydır.

EU4Dialogue Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 2021-ci ilin mayından 2025-ci ilin aprelinə qədər Cənubi Qafqaz və Moldovada həyata keçirilən layihədir. O, mövcud boşluqların aradan qaldırılmasına xüsusi diqqət yetirməklə, peşəkarlar, tələbələr və mədəniyyət xadimləri arasında təhsil və mədəni mübadiləni təşviq edir. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Müraciət forması

BAĞLANIŞ TARİXİ:

May 17, 2023


ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,