Skip to main content
EU4Digital İKT və İnnovasiyalar Forumu üçün qeydiyyatdan keçin
Sentyabr 18, 2024

EU4Digital İKT və İnnovasiyalar Forumu üçün qeydiyyatdan keçin


9 Oktyabr 2024-cü il tarixində “Rəqəmsal innovasiyaları dəstəkləmək üçün Şərq Tərəfdaşlığı klasterlərinin potensialının artırılması” mövzusunda keçiriləcək  EU4Digital İKT və İnnovasiyalar Forumu üçün qeydiyyat başlanıb. 

Forum normayaradan orqanlar, startaplar, innovasiya klasterləri və klaster idarəetmə təşkilatları, beynəlxalq donorlar və rəqəmsal innovasiya və inkişaf üzrə ekspertlər üçün nəzərdə tutulub.

Avropa Klasterlər Alyansı (ECA) ilə əməkdaşlıq çərçivəsində təşkil edilən 2024-cü il üzrə EU4Digital İnnovasiyalar Forumu Moldovanın Kişinyov şəhərində baş tutacaq. Hibrid formatda keçiriləcək tədbirə onlayn qaydada da qoşulmaq olar. Forum Avropa Klaster Əməkdaşlıq Platforması və EU4Moldova Mərkəzi Regionlar Proqramı tərəfindən təşkil edilən “Klasterlər Regionlarla Görüşür” tədbirinə paralel olaraq keçiriləcək.

Bu ilki illik yüksək səviyyəli forum Şərq Tərəfdaşlığı (ŞT) regionundan İKT və innovasiyaları və startap ekosistemlərinin liderlərini, o cümlədən hökumət qurumlarının, nazirliklərin, agentliklərin nümayəndələrini və digər ekspertləri bir araya gətirir. Hər il regionun İKT və innovasiyalar, o cümlədən startap ekosisteminin inkişafının fərqli cəhətlərinin diqqət mərkəzində olduğu tədbir bu il innovasiya klasterlərinə həsr olunub.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Dekabr 31, 2024


ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,