EU4Digital proqramının “Aİ-nin 5G şəbəkəsinin təhlükəsizliyi ilə bağlı alətlər panelinə” dair seminarına siz də qatılın
EU4Digital proqramı Aİ-nin 5G şəbəkəsinin təhlükəsizliyi ilə bağlı alətlər panelinin icrasına yönəlmiş fəaliyyətlərə başlamaq üçün bütün maraqlı tərəfləri 27 mart tarixində keçiriləcək onlayn seminara qatılmağa dəvət edir.
EU4Digital proqramının Telekommunikasiya qaydaları şəbəkəsi seminarı Şərq Tərəfdaşlığı ölkələrinin telekommunikasiya üzrə milli tənzimləyici orqanları ilə əməkdaşlıq çərçivəsində təşkil edir.
Fəaliyyətin və seminarın məqsədi Aİ-nin 5G şəbəkəsinin təhlükəsizliyi ilə bağlı alətlər panelinin prinsiplərini Şərq Tərəfdaşlığı (ŞT) ölkələrindən olan müvafiq maraqlı tərəflərə təqdim etməkdir.
Seminardan sonra EU4Digital proqramı çərçivəsində cari vəziyyət və potensial maraq sahələri haqqında sorğunun keçirilməsi planlaşdırılır. Alınan cavablar gələcəkdə bu fəaliyyətə dəstək üçün zəmin yaradacaq və Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilə biləcək potensial təşəbbüslərin siyahısının hazırlanmasına imkan yaradacaq.
Seminar 27 mart tarixində saat 11:00-14:00 (Mərkəzi Avropa vaxtı ilə) arası onlayn formatda keçiriləcək.
Seminara qatılmaq üçün e-poçt ünvanı vasitəsilə təşkilatçılar ilə əlaqə saxlayın.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]