Güclü qadın, güclü cəmiyyət: Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Bakıda Latviya filminin pulsuz nümayişini keçirəcək
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi hər kəsi Latviya istehsalı olan “Maria’s Silence” (Güclü qadının səssiz fəryadı) adlı filmin nümayişinə dəvət edir.
Tədbir 11 aprel, saat 18:30-da Park Cinema-da (Flame Towers) baş tutacaq.
Filmin nümayişi “Güclü qadın, güclü cəmiyyət” kampaniyası çərçivəsində təşkil olunur.
Film məşhur latviyalı aktrisa Maria Leiko-nun real həyat hekayəsinə əsaslanır.
“Stalin rejiminin yalanları ilə nəvəsinə olan sevgisi arasında qalan Maria sənətə və insan ləyaqətinə olan inancından imtina etməməyə çalışır. Bu güclü dram, sənət və hakimiyyət arasında qarşıdurmadan yayınmağın şəxsi və yaradıcılıq həyatında buraxdığı dərin, ağrılı izlərini təsvir edir”, – Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin Facebook səhifəsində yazılıb.
Giriş sərbəstdir.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]