Horizon Europe Azərbaycanlı tədqiqatçıları və innovatorları layihələrin yazılması üzrə təlim düşərgəsində iştirak etməyə dəvət edir
Avropa Komissiyası “Horizon Europe” proqramına layihə təklifləri ilə müraciət etmək istəyən Azərbaycanın dövlət və özəl sektorlarından olan tədqiqatçı və innovatorlar üçün birhəftəlik layihələrin yazılması üzrə təlim düşərgəsi və fərdi ekspert konsultasiyaları keçirəcək.
Təlim düşərgəsi Azərbaycan Respublikasında “Horizon Europe” proqramının Milli Əlaqə Mərkəzlərinin əlaqələndiricisi olan Azərbaycanın Milli Elmlər Akademiyası (AMEA) ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.
Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən bütün Milli Əlaqə Mərkəzləri üçün birgünlük təlim təşkil ediləcək.
Bütün təlimlər 25-29 sentyabr 2023-cü il tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq.
Tədbirlərdə iştirak etməkdə maraqlı olan tədqiqatçı və innovatorlar, eləcə də Milli Əlaqə Mərkəzlərinin nümayəndələri öncədən qeydiyyatdan keçməyə dəvət olunur.
“Horizon Europe” 95,5 milyard avroluq büdcəsi ilə Aİ-nin tədqiqat və innovasiyalar üzrə ən böyük maliyyələşdirmə proqramıdır.
Daha çox öyrən
BAĞLANIŞ TARİXİ:
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]