Skip to main content
İndi müraciət edin və Gənc Avropa səfirindən biri olun!
Fevral 4, 2025

İndi müraciət edin və Gənc Avropa səfirindən biri olun!


Altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və ya Ukrayna) hər hansı biri, Avropa İttifaqı və ya Böyük Britaniyadan* olan 16-26 yaş arası gənclər 24 fevral tarixinə qədər “Gənc Avropa səfirləri” təşəbbüsünə qoşulmaq üçün müraciət edə bilərlər. 

“EU NEIGHBOURS east” layihəsi ərizə qəbuluna 4 fevral tarixindən etibarən başlayır. Ərizəçilər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Avropa İttifaqına üzv ölkələr, Böyük Britaniya və ya altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və ya Ukrayna) hər hansı birinin vətəndaşı olmalı;
  • 16-26 yaş arası gənclər;
  • İngilis dilini yaxşı səviyyədə bilməli;
  • Aİ-nin fəaliyyəti və yaşadığı ölkənin Aİ ilə tərəfdaşlığı və əməkdaşlığı mövzularında maraqlı olmalı;
  • ictimai diplomatiya və ideyaların təbliği istiqamətində fəaliyyətlərdə maraqlı olmaq, bilik, bacarıq və məlumatları bölüşməyə hazır olmalı;
  • öz ölkəsinin və cəmiyyətinin inkişafına töhfə verməkdə həvəsli olmalı;
  • könüllülük fəaliyyətlərində maraqlı olmaq və vətəndaş cəmiyyətinin cəlb olunduğu fəaliyyətlərə kifayət qədər vaxt ayırmağa hazır olmalı.

Seçilmiş namizədlər onlayn və dialoqların əsas yer tutduğu tədbirlərdə iştirak edəcək, o cümlədən öz ölkələrinin gənclərini həm yerli, həm də xarici ölkələrdə keçirilən tədbirlərdə təmsil etmək imkanı qazanacaqlar. Daha ətraflı məlumatı ərizə forması səhifəsində tapa bilərsiniz.

Müraciət etmək üçün ərizəçilər 24 fevral 2025-ci il tarixinə qədər bu ərizə formasını doldurub təqdim etməlidirlər. Müraciət edənlərdən təşəbbüsdə iştirak etməkdə maraqlı olduqlarını nümayiş etdirmək üçün bir videoçarx təqdim etmək tələb olunur.  

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə üzv ölkələrdən və Böyük Britaniyadan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. 

Daha çox öyrən

Elan

Ərizə forması

Gənc Avropa səfirləri və tez-tez verilən suallar

Gənc Avropa səfirləri ilə tanış olun

BAĞLANIŞ TARİXİ:

Fevral 24, 2025


ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,