Skip to main content
Şəhərlər üçün bərpa olunan enerji sahəsində texnoloji həllər üzrə layihələrin qəbuluna başlanıb
İyun 9, 2023

Şəhərlər üçün bərpa olunan enerji sahəsində texnoloji həllər üzrə layihələrin qəbuluna başlanıb


Aİ tərəfindən maliyyələşdirilən “Bələdiyyə sədrlərinin razılaşması – Avropa” proqramı dünya şəhərlərini Şəhərlərin Keçidi Missiyasına (Urban Transitions Mission) qoşulmağa dəvət edir.

Avropa Komissiyası ilə birgə icra olunan Şəhərlərin Keçidi Missiyası (UTM) ardıcıl şəhər strategiyalarının, iqlimə davamlılıq və bərpa olunan enerji mənbələrinə keçidin sosial cəhətləri ilə yanaşı, emissiyaları sıfır olan şəhərlərə nail olmaq üçün dayanıqlı, əlverişli, mümkün və sərfəli həllər yaratmağa kömək edə biləcəyini nümayiş etdirməklə, dünya üzrə şəhərlərin potensialını artırmaq, onlara şəhərlərin keçidi prosesini formalaşdırmaq imkanı vermək məqsədi daşıyır.

Bu dəfəki layihələrin qəbulunda 2024-cü il üzrə Şəhərlər qrupuna qoşulmaq üçün 250 yeni qabaqcıl şəhər iştirak edə bilər. Ukraynanın Konotop, Lvov və Jitomir şəhərləri daxil olmaqla 50 şəhərdən ibarət ilk qrup artıq UTM ilə əməkdaşlıq edir. 

Müraciət etmək üçün şəhərin ən azı 50 000 sakini olmalı, Qlobal Bələdiyyə sədrlərinin razılaşmasını (GCoM) imzalamış olmalı, bütöv şəhəri əhatə edən iqlim dəyişikliyi üzrə fəaliyyət planına malik olmalı və bu Şəhərlərin Keçidi Missiyasını həyata keçirmək üçün müvafiq resursları ayırmağa hazır olmalıdır.

Ərizə ilə müraciət üçün son tarix avqust ayının 21-dir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,